20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
19:41 / 07-10-2026
Rusiya səs girişindən istifadə edərək dron dəstəsini idarə etmək üçün bir sistem hazırlayıb
19:36 / 07-10-2026
Lavrov bildirib ki, ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyini başa düşür
20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
18:48 / 06-10-2026
Ərdoğan administrasiyası RİA Novostinin Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı xəbərlərinə cavab verməyib
18:43 / 06-10-2026
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
18:39 / 06-10-2026
Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında yenidən müşahidə edilib
18:36 / 06-10-2026
Xilasedicilər Mzymta çayında bir turisti təxliyə etdilər
18:33 / 06-10-2026
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
18:24 / 06-10-2026
İtkin düşən 17 yaşlı Rusiya vətəndaşı avtomobil qəzasından sonra xəstəxanada komada tapılıb
18:03 / 06-10-2026
Bir qadın sosial mediada terrorçuları haqlı çıxardığına görə saxlanılıb
22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
“Yüksəkliklərdən birinə “Bayraqdar” adının verilməsini arzu edirəm” - Prezidentə yazırlar
Tarix: 31-10-2020 22:10 | Bölmə: Sosial
Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir. Azərbaycan Ordusu qətiyyətlə hər cür təxribatın qarşısını almağa hazırdır, gələn xoş xəbərlər də bunu deməyə əsas verir. Cəbhədə baş verən döyüşlərlə əlaqədar Prezident İlham Əliyevə həm ölkədən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.
“Qafqazinfo” məktublardan bir neçəsini təqdim edir:
Çağlar Çakırdan, Ankara, Türkiyə
Hörmətli cənab Prezident.
Sizə türk xalqının salamlarını və ehtiramını çatdırmaqdan məmnun olduğumu bildirirəm.
Mən Türkiyə Respublikasının vətəndaşı olaraq Sizin haqq davazınızı öz mübarizəm bilirəm. Azərbaycan topraqları bizim üçün də Vətən sayılır.
Cəbhədə və ya hər hansı bir sahədə mənə ehtiyac olarsa bunu özümə şərəf sayaram.
Allaha əmanət olun.
Yaşasın iki dövlət bir millət. Allah türkü qorusun.
Rəvan Cəfərovdan, Füzuli, Azərbaycan
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Biz Səninlə fəxr edirik.30 ilə yaxın işğalda olan doğma torpaqlarımızın qaytarılmasında göstərdiyiniz qəhrəmanlığa görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Sizə cansağlığı, uzun ömür arzulayıram. Müasir Azərbaycan bu gün varsa bu Sizin sayənizdədir. Bir keçmiş döyüşçü, bir Azərbaycan vətəndaşı kimi Sizin kimi rəhbərimiz olduğu üçün qürur hissi keçirirəm. Allah Sizi qorusun.
Rövşən Əliyevdən, Ağdam, Azərbaycan
Çox hörmətli Ali Baş Komandan.
Bütün Azərbaycan xalqı kimi mən də Sizi bu haqq yolunda dəstəkləyir, uzaqgörən siyasətinizə inanıram. Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğum üçün döyüşün nə olduğunu bilirəm. Bu mübariz, çətin və şərəfli yolda Sizə və Ordumuza yeni-yeni zəfərlər arzu edirəm.
Hörmətli Prezident, Siz Ali Baş Komandan kimi döyüş meydanında düşmənə və onların havadarlarına layiqli yerini göstərir, öz qətiyyətli çıxışlarınızla onların cavabını verirsiniz.
Allah Sizi və Ordumuzu qorusun, Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza rəhmət eləsin.
Sizə cansağlığı, uzun ömür arzulayıram.
Qarabağ Azərbaycandır!
Emil Mustafazadədən, Oğuz, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyiniz altında şanlı Ordumuzun qazandığı davamlı uğurlara görə Sizi təbrik edir və möhkəm cansağlığı arzu edirəm. Bütün Azərbaycan xalqı Sizinlədir, ətrafınızda sıx birləşib.
Müzəffər Ali Baş Komandan, bizim qırılmaz Vətən sevgimizə, dönməz iradəmizə bütün dünya həsəd aparır.
İnşallah, Sizdən yeni qələbə xəbələri gözləyirik.
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Şükür Quliyevdən, Xocavənd, Azərbaycan
Cənab Prezident, Ali Baş Komandan.
Mən Xocavənd rayonundan məcburi köçkünəm. Qardaşım Qarabağ döyüşlərində şəhid olub, özüm isə Qarabağ qazisiyəm.
Son zamanlar Ordumuzun cəbhədə qazandığı uğurlar bizləri çox sevindirir. Sizi və xalqımızı Ordumuzun cəsur övladlarının düşmənə sarsıdıcı zərbələr endirməsi münasibətilə təbrik edirəm. Əminik ki, qısa zaman kəsiyində Sizin rəhbərliyinizlə Ordumuzun cəsur, igid oğulları ata-baba torpaqlarımızı qəddar, mənfur düşməndən tam azad edərək üçrəngli Bayrağımızı Xankəndidə, Şuşada vüqarla dalğalandıracaq. O gün uzaqda deyil.
Möhtərəm Prezidentimiz, bu çətin və şərəfli işinizdə Sizə və Ordumuza yeni-yeni zəfərlər arzulayıram. Sizinlə hər birimiz qürur duyuruq. Tanrı Sizləri qorusun!
Qarabağ Azərbaycandır!
Sədaqət Cəmilovadan, Şəki, Azərbaycan
Əziz və hörmətli Prezidentim.
Sizi Şəki şəhərinin sakinləri adından salamlayır, fəaliyyətinizi dəstəklədiyimizi bildirir, uğurlar arzulayıram. Milli Ordumuza ərazi bütövlüyümüzün bərpası mübarizəsinə başlamaq əmri verdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Mən fəxr edib qürur duyuram ki, Sizin kimi məğrur və qətiyyətli siyasətçimiz, dönməz və güclü Ali Baş Komandanımız var. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
İlqar Kərimovdan, Lənkəran, Azərbaycan
Əziz və sevimli Prezidentimiz.
İlk növbədə, torpaqlarımızı işğalçılardan azad etdiyinizə görə Sizə və şanlı Ordumuza ürəkdən minnətdarıq və bu münasibətlə Sizi təbrik edirik. Azərbaycan üçün etdiyiniz bütün işlərə və bu gün göstərdiyiniz şücaətə və qətiyyətli addımlara görə Sizə dönə-dönə təşəkkür edirik. Hər yeni xəbəri böyük səbirsizliklə və sevinclə gözləyirik. Sizin cəsarətiniz, məharətiniz və hünərinizlə ana Vətənimizin son yüz illik tarixinə qızıl xətlə yazdığınız böyük Qələbə var olsun! Allah Sizi və rəşadətli əsgərlərimizi qorusun! Fəxr edirəm ki, azərbaycanlıyam! Qarabağ Azərbaycandır!
Nazir Əhmədovdan, Saatlı, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Mən – Əhmədov Nazir Ağaqulu oğlu Saatlı rayonunun Qıraqlı kənd sakiniyəm. Birinci Qarabağ müharibəsinin iştirakçılarından biriyəm. Bu sözləri qürur hissi ilə yazıram. Hamımızın bir amalı var: torpaqlarımızı mənfur ermənilərdən azad etmək. Sizin yürütdüyünüz siyasət nəticəsində Azərbaycan əsgərinin azad etdiyi rayonlarımızın və kəndlərimizin adlarını eşitdikcə sevincimizin həddi-hüdudu olmur.
Mən onkoloji xəstəyəm. Buna baxmayaraq, vuruşmaq üçün bir neçə ay bundan əvvəl könüllü yazılmışam. Biz inanırıq ki, tez bir zamanda üçrəngli bayrağımız Şuşada dalğalanacaq, Qarabağımız Sizin quruculuq işləriniz sayəsində yenidən cənnətə dönəcəkdir.
Var olsun Ali Baş Komandan, var olsun Azərbaycan əsgəri!
Qarabağ Azərbaycandır!
Xanalı Məmmədovdan, Biləsuvar, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
İllərdir Vətən, torpaq dərdi məcburi köçkün düşmüş vətəndaşlarımız kimi, bizləri də çox sarsıtmışdı. Bu gün sevinirik ki, Siz əsl bir sərkərdə kimi torpaqlarımızı işğaldan azad edirsiniz. Biz Sizinlə fəxr edirik. Xalqın Sizə böyük inamı var, ona görə də bütün xalq bu gün Sizin ətrafınızda yumruq kimi birləşib və Sizin bir çağırışınızla döyüşməyə hazırdır.
Siz bizim əbədiyaşar Prezidentimizsiniz. Aldığınız hər qarış torpağa görə Sizin və qüdrətli Ordumuzun qarşısında baş əyirik. Sizlərə Allahdan cansağlığı, müqəddəs və şərəfli işinizdə uğurlar arzulayıram.
Yaşasın müzəffər Ali Baş Komadanımız və onun güclü Ordusu!
Qarabağ Azərbaycandır!
Rahib Hacızadədən, Bakı, Azərbaycan
Salam, cənab Prezident.
Mənim adım Rahibdir, 11 yaşım var. Biz və ermənilər arasında gedən müharibədə əminəm ki, Sizin və Ordumuzun sayəsində qalib gələcəyik. Mən inanıram ki, işğal edilmiş torpaqlarımızın hamısı düşməndən azad ediləcək. Şəhidlərimizin qanı yerdə qalmayacaq.
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Hicran Həşimovadan, Gəncə, Azərbaycan
Hörmətli Ali Baş Komandan.
Son günlər əldə etdiyimiz qələbələrə görə Sizə və Ordumuza minnətdaram, Vətəni üçün canından keçən şəhid övladlarımız qarşısında baş əyirəm.
Əziz və sevimli Prezidentim, bir neçe gün bundan əvvəl Siz məni Qubadlılı etdiniz. Mən Gəncədə anadan olsam da, hər bir rayon və kənd geri alındıqda özümü oralı hiss edirəm: zəngilanlı, füzulili, cəbrayıllı. Buna görə Sizə böyük təşəkkür edirəm, Vətənimin ər oğlu!
Mən əminəm ki, Siz və yenilməz Ordumuz tezliklə məni, ailəmi və bütün xalqımı şuşalı, xankəndili, xocavəndli, laçınlı, kəlbəcərli, bir sözlə Qarabağlı edəcəksiniz!
Allah Sizə və qalib Ordumuza yar olsun! Allah Azərbaycan xalqını qorusun!
Qarabağ Azərbaycandır!
Maarif Şirinovdan, Beyləqan, Azərbaycan

Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusunun ardıcıl qələbəsi hamı kimi məni də çox sevindirir və qürurlandırır. Bu qələbələr Sizin qətiyyətinizin və kamil komandanlığınızın bariz nümunəsidir.
Mən bir Azərbaycan vətəndaşı və hazırda ön cəbhədə xidmət edən zabit atası kimi qürurluyam. Sizə uzun ömür, cansağlığı və bayrağımızın Qarabağın hər guşəsində dalğalanmasını arzulayıram.
Bir arzum isə işğaldan azad edilən yüksəkliklərdən birinə “Bayraqdar”, yaşayış məntəqələrindən bir neçəsinə isə Qarabağ müharibəsində şəhid olmuş Milli Qəhrəmanların adının verilməsidir.
Yaşasın Azərbaycan, yaşasın şanlı Ordumuz, yaşasın Ali Baş Komandanımız!
Emil Süleymanovdan, Xankəndi, Azərbaycan

Sizin apardığınız siyasət məni və xalqımızı qürurlandırır. Siz 30 ildir düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edirsiniz. Artıq bir neçə şəhərimiz, onlarla kəndimiz işğaldan azad olunub. Sizin Azərbaycan xalqı üçün göstərdiyiniz fədakarlıq əsgərlərimizi də ruhlandırır və qələbə əzmini daha da artırır.
Mənim 14 yaşım var. Valideynlərim Xankəndi səhərinin Kərkicahan qəsəbəsindən məcburi köçkün düşmüşlər. Bu günə kimi onlar mənə Xankəndi və Kərkicahan haqqında çox şey danışıblar. Qəsəbəmizin isğaldan azad olunmasını səbirsizliklə gözləyirəm. İnanıram ki, Sizin və əsgərlərimizin sücaəti nəticəsində buna nail olacağıq.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Elçin Abdullayevdən, İmişli, Azərbaycan

Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız uğurlu haqq davanız bizi çox sevindirir və bununla qürur duyuruq. Sizin erməni vəhşilərinə, terrorçularına qarşı başladığınız sülhə məcburetmə savaşı təkcə onların uzun illərdir işğal etdikləri Qarabağ torpaqlarından çıxmalarını yox, həm də bütün regionun sabitliyini təmin edəcək.
Erməni vandalları tarixən xalqımıza qənim kəsilmiş və həmişə Azərbaycan torpaqlarına göz dikmişlər. Sizin sayənizdə Azərbaycan Ordusu bu gün tariximizdə yeni zəfər səhifəsi açaraq ərazi bütövlüyünün təmin olunması və Qarabağın işğaldan azad edilməsi tarixini yazır. Başladığınız haqq davası ilə dünyaya bir daha sübut etdiniz ki, Azərbaycan xalqı sülhsevər olduğuna görə ərazi bütövlüyünü sülh yolu ilə təmin etmək üçün uzun illərdir hərbi yola əl atmamış, səbr etmişdir. Ermənistan hakimiyyətinin və şovinist ermənilərin pis xislətləri bu savaşda da özünü göstərir. Belə ki, bizim ordumuz öz torpaqlarımızda erməni hərbçiləri ilə döyüş apardıqları halda, onlar yaşayış məntəqələrinə atəş açaraq günahsız və dinc əhaliyə, yaşlı və körpə insanlara qarşı müharibə cinayəti törədirlər. Onların bu əməlləri sübut edir ki, müzəffər Ordumuzun qarşısında tab gətirə bilmədiklərinə görə dinc əhalidən qisas alırlar.
Müzəffər Ali Baş Komandan, məlumdur ki, ölkəmizin hərtərəfli inkişafı üçün əlinizdən gələni əsirgəmirsiniz. Buna görə də şanlı Ordumuz bu gün ön cəbhədə mühüm uğurlar qazanır. Xalqımız inanır ki, Sizin siyasətiniz və yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın ərazisi bütövləşəcək, işğal olunmuş ərazilər azad ediləcək və ölkəmizin rifahı yüksələcəkdir. Bu yolda biz də Sizin yanınızdayıq. Azərbaycanın təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük. Həyatınızı dövlətimizə və xalqımıza həsr etdiyinizə görə Sizə minnətdarıq.
Qarabağ Azərbaycandır!
Mərziyə Əlyarovadan, Goranboy, Azərbaycan

İşğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdiyiniz üçün Sizi ürək dolusu təbrik edirəm. Siz Ulu Öndərin siyasətini uğurla davam etdirirsiniz.
Cənab Prezident, mən 2-ci qrup əliləm, ayaqlarım tutulub. Hər gün Sizin çıxışlarınızı böyük coşqu ilə izləyirəm. Çıxışınız bitənədək əllərimi Uca Allaha qaldırıb Sizə və Ordumuza dualar edirəm.
Cənab Prezident, Siz 30 ildir Vətən həsrəti çəkənləri öz yurd-yuvalarına qaytarırsınız. Bu günlərdə mənim sevincimin həddi-hüdudu yoxdur.
Allah Sizi, ailənizi, Ordumuzu qorusun!
Gün o gün olsun ki, işğal altında olan digər torpaqlarımız, Şuşamız da azad edilsiln.
Hər gecə gözlərimi yumanda arzu edirəm ki, səhər durub görüm ki, bütün torpaqlarımız azad olunub.
Həmişə üzünüz gülsün!
Uca Tanrı Sizə və igidlərimizə yar olsun!
Baxış sayı: 758
Bölməyə aid digər xəbərlər

5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi