20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
19:41 / 07-10-2026
Rusiya səs girişindən istifadə edərək dron dəstəsini idarə etmək üçün bir sistem hazırlayıb
19:36 / 07-10-2026
Lavrov bildirib ki, ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyini başa düşür
20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
18:48 / 06-10-2026
Ərdoğan administrasiyası RİA Novostinin Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı xəbərlərinə cavab verməyib
18:43 / 06-10-2026
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
18:39 / 06-10-2026
Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında yenidən müşahidə edilib
18:36 / 06-10-2026
Xilasedicilər Mzymta çayında bir turisti təxliyə etdilər
18:33 / 06-10-2026
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
18:24 / 06-10-2026
İtkin düşən 17 yaşlı Rusiya vətəndaşı avtomobil qəzasından sonra xəstəxanada komada tapılıb
18:03 / 06-10-2026
Bir qadın sosial mediada terrorçuları haqlı çıxardığına görə saxlanılıb
“Torpaqlarını qəsbkarlardan azad etmək nə vaxtdan vəhşilik adlanır?”
Tarix: 27-10-2020 21:45 | Bölmə: Sosial
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bəyanat yayıb.
“Qafqazinfo” həmin bəyanatı təqdim edir:
“Təcavüzkar Ermənistan rejimi 2020-ci ilin ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərimizdə, həm də Ermənistan ilə dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi hədəfə götürüb. 30 ilə yaxın müddətdə ATƏT çərçivəsində danışıqlar prosesinin əməli nəticə verməməsi, BMT TŞ-nin məlum 4 qətnaməsinin yerinə yetirilməməsi və Ermənistanın son hərbi təcavüzü xalqımızın səbrini tükətmişdir və Azərbaycan öz suveren hüququndan istifadə edərək, ərazi bütövlüyünü bərpa etmək və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini işğaldan azad etmək üçün mübarizəyə qalxıb.
Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə Moskvada və Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş görüşlərdə müvəqqəti humanitar atəşkəs haqqında müvafiq razılaşmalar əldə olunub. Lakin, faktlar onu göstərir ki, Ermənistan heç də sülhə meylli deyil və atəşkəsdən sui-istifadə edərək öz həqiqi qəsbkar niyyətlərini nümayiş etdirməkdədir. Belə ki, Ermənistan, göstərilən razılaşmalarından dərhal sonra BMT-nin məlum qətnamələri və 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirməkdə və Azərbaycanın hərbi əməliyyatların baş verdiyi bölgədən yüz km. aralıda yerləşən yaşayış məntəqələrini ağır artilleriya ilə raket atəşinə tutmaqda davam edir. Bunun nəticəsində, 27 sentyabr tarixindən bu günədək Ermənistan ərazisindən Azərbaycanın şəhər və yaşayış məntəqələrinin, o cümlədən Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncənin atəşə tutulması nəticəsində azyaşlı uşaqlar olmaqla, 65 dinc sakinimiz həlak olub, 297 yaralanıb, 2243 fərdi ev, 90 çoxmənzilli ev, 402 mülki obyekt dağıdılıb, salamat qalan uşaqlar arasında hər iki valideynini itirənlər var.
Münaqişə başlanan zamandan bu günədək təcavüzkar Ermənistan sivil əhalimizə qarşı terror tətbiq edərək işğal olunmuş ərazilərimizdə Azərbaycanın öz rəngarəngliyi ilə fərqlənən mədəni və mənəvi irsinə aid olan məbədlərimizi, qəbirstanlıqlarımızı, tarixi abidələrimizi, muzey və kitabxanalarımızı darmadağın edib. Bununla kifayətlənməyən qəsbkar erməni ekstremistlər əsarətdə qalan məscidlərimizi tövləyə çevirərək, İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş vandal həqarət əməllərindən belə çəkinməyib. Ermənistanın təcavüzü nəticəsində erməni ekstremistləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə məscid, məbəd və kilsələr, minlərlə məzarlıq, 706 taixi abidə və muzey, 927 kitabxana, 1107 təhsil müəssisəsi, 40 min muzey eksponatı dağıdılmış və talan edilib.
Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və ictimaiyyəti daim münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin üçtərəfli Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri münaqişənin dini müstəviyə keçməsinə yol verməmək məqsədlərini daşıyıb.
Təssüflə qeyd olunmalıdır ki, bizim hər zaman münaqişənin sülh yolu ilə ədalətli həllinə səy göstərməyimiz müqabilində qarşı tərəf, xüsusilə də erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini davam etdirməkdədir. Belə ki, bir neçə gün əvvəl bütün Ermənistan katalikosu II Qareqinin son müraciəti, kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması dini lider olaraq ona baş ucalığı gətirmir və münaqişəyə dini don geyindirmək, daha böyük fəlakətlərə səbəb ola biləcək xristian-müsəlman qarşıdurması kimi təqdim etmək amallarına xidmət edir.
Din xadiminin ən ümdə mənəvi borcu insan həyatını qorumaq, ədalətə söykənməkdir. II Qareqin deyir ki, hazırkı müharibəyə onları Azərbaycan vadar edib. Sual verirəm - Azərbaycan sizi öz ərazilərində müharibəyəmi dəvət etmiş, və ya, torpaqlarınızamı göz dikmişdir? Erməni dini lideri bildirir ki, Qarabağ heç zaman Azərbaycan tərkibində ola bilməz. Bu din xadiminin təcavüzə bəraət verməsi və xalqları qarşıdurmaya sövq etməsi deyilmi? Sual olunur - on minlərlə erməni vətəndaşının bu gün də Azərbaycanda əmin-amanlıq şəraitində yaşadığını, Bakının mərkəzində yerləşən, bərpa edilən və abad şəkildə qorunan erməni kilsəsini və kitabxanasını nə tez unutdunuz? Bunun əksi olaraq, Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində mədəni-mənəvi irsimizin məhv edilməsi, bir nəfər belə azərbaycanlının qalmadığı sizin etnik təmizləmə və vandalizm siyasətinizin bariz nümunəsi deyilmi?
Erməni kilsəsi bizi düşmən adlandıraraq, beynəlxalq birliyi “bu vəhşılikdən qurtarmağa” çağırır. Sual olunur - öz torpaqlarını qəsbkarlardan azad etmək nə vaxtdan vəhşilik adlanır, yoxsa, Azərbaycan ərazilərində, Xocalıda, Gəncədə, Tərtərdə dinc əhaliyə qarşı törətdiyiniz vəhşilikər Qareqinin dediyi kimi, “vətən və dövlətçiliyin qorunması üçün” tarixə qanlı hərflərlə yazılıb?
Bütün dünya bilməlidir, hazırkı hərbi qarşıdurma Azərbaycan ərazilərində baş verir. Biz öz haqq işimizdə hər hansı dinə və millətə qarşı deyilik, heç bir ölkəyə təcavüz etməmişik və Qarabağda yaşayan erməniləri düşmən deyil, öz vətəndaşımız hesab edirik. Biz, Liderimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək işğal olunmuş öz əzəli torpaqlarımızı qəsbkarlardan azad etdikdən sonra ermənilərlə birgə yaşamaq, Qarabağımızı inkişaf etdirmək və firavan məkana çevirmək əzmindəyik.
Biz, Vətənimiz Azərbaycanda sülhə və əmin-amanlığa nail olunması üçün bu niyyətlərimizdə bütün dünya birliyinin dəstəyinə ümid edirik!”
Baxış sayı: 552
Bölməyə aid digər xəbərlər

5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi