Bütün xəbərlər
Ərdoğan fransız məhsullarını boykot etməyə çağırdı
Tarix: 27-10-2020 00:39 | Bölmə: Sosial

                Ərdoğan fransız məhsullarını boykot etməyə çağırdı


“Fransız mallarını heç bir halda tərifləməyin və onlardan almayın”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhəmməd peyğəmbərin mövludu həftəsinin açılışında çıxışı zamanı deyib.
“Avropa ölkələrində İslam və müsəlman düşmənliyinin sanki vəba kimi cəmiyyətə yayıldığını görürük. Müsəlmanlara aid iş yerləri, evlər, məktəblər demək olar, hər gün faşist qruplarının hücumlarına məruz qalır.
Buradan xalqıma səslənirəm. Necə ki, Fransada türk markalı mallar almayın deyilirsə, siz də heç bir halda fransız mallarını tərifləməyin, o malları almayın”,- deyə Ərdoğan qeyd edib.


Baxış sayı: 307


Bölməyə aid digər xəbərlər