Bütün xəbərlər
Heydər Əliyev Fondu cəbhədə döyüşən hərbçinin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü
Tarix: 19-10-2020 18:46 | Bölmə: Sosial

                 Heydər Əliyev Fondu cəbhədə döyüşən hərbçinin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü

Hazırda işğal altındakı ərazilərimizin azad olunması uğrundakı döyüşlərdə iştirak edən hərbçimiz Nadir İbadovun yeni doğulan və hazırda küvəzdə saxlanılan üçəmlərinin xəstəxanadakı bütün xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
"Qafqazinfo" xəbər verir ki, cəbhədə döyüşən hərbçimiz Nadir İbadov bu günlərdə 5 ildən sonra üçəm atası olub. O, bu barədə xəbəri elə cəbhədə olarkən alıb.
Qəhrəman döyüşçülərimizin şərəfinə oğlanlara Polad və Mübariz, qıza isə Mehriban adı verilib.


Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər