12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Düşmən cəbhəboyundakı enerji xətlərini 330 dəfəyədək vurub
Tarix: 14-10-2020 18:22 | Bölmə: Sosial

                Düşmən cəbhəboyundakı enerji xətlərini 330 dəfəyədək vurub


Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 330 dəfəyədək vurulub, həmçinin 270-dən çox transformator və 1200-dək dayaq yararsız hala düşüb. 
“Qafqazinfo”ya daxil olan məlumata görə, bununla belə təmas xəttində 24 saat fasiləsiz xidmət göstərən “Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.
“Azərişıq” ASC cəbhə xəttində işləyən əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görüb. Xüsusi təhlükəli ərazilərdə çalışan əməkdaşlar gülləkeçirməyən gödəkçə və dəbilqələrlə təmin olunub. Məqsəd əməkdaşların təhlükəsizliyini qorumaqla yanaşı, zədələnmiş xətləri ən qısa vaxtda bərpa edib hərbi hissələri, xüsusi əhəmiyyətli binaları, həmçinin abonentləri elektrik enerjisi ilə təchiz etməkdir.
Xatırladaq ki, cəbhədə yaşanan hadisələrlə əlaqədar olaraq ilk gündən etibarən “Azərişıq” ASC sədri Vüqar Əhmədovun əmri ilə Xüsusi Qərargah yaradılıb. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.
Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.
Onu da qeyd edək ki, ordu sıralarına indiyədək “Azərişıq” ASC-nin 300-dən çox əməkdaşı könüllü olaraq qoşulub.









Baxış sayı: 310


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu