Bütün xəbərlər
Əli Nağıyev Qızıl Xaç Komitəsinin rəhbəri ilə görüşüb
Tarix: 13-10-2020 12:22 | Bölmə: Sosial

                  


Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşüb.
Dövlət Komissiyasından "Qafqazinfo"ya verilən məlumata görə, Əli Nağıyev Azərbaycana qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu, erməni tərəfdən mülki vətəndaşların milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən öldürüldüyünü, habelə əhalinin əmlakının bilərəkdən məhv edilməsi cinayətlərinin törədildiyini diqqətə çatdırıb.


Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər