21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
19:41 / 07-10-2026
Rusiya səs girişindən istifadə edərək dron dəstəsini idarə etmək üçün bir sistem hazırlayıb
19:36 / 07-10-2026
Lavrov bildirib ki, ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyini başa düşür
20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
“Mübarizin, minlərlə şəhidimizin qanını yerdə qoymadığınız üçün təşəkkür edirəm”
Tarix: 11-10-2020 19:25 | Bölmə: Sosial
Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir. Azərbaycan Ordusu qətiyyətlə hər cür təxribatın qarşısını almağa hazırdır, gələn xoş xəbərlər də bunu deməyə əsas verir. Cəbhədə baş verən döyüşlərlə əlaqədar Prezident İlham Əliyevə həm ölkədən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.
“Qafqazinfo” məktublardan bir neçəsini təqdim edir:
Ələsgər Ağayevdən, Dubay, Birləşmiş Ərəb Əmirlikləri
Hörmətli cənab Prezidentimiz.
Mən sadə cümlələrlə, ürək sözlərimlə Sizə təşəkkür etmək istəyirəm.
Harada yaşamağımızdan asılı olmayaraq hamımız Sizin arxanızda dağ kimi dayanmışıq. Sizin dediyiniz hər bir sözün, hər bir bəyanatın arxasında xalq dayanıb.
Sizin hər çıxışınız dünyaya səs salır, düşmənlərə, hətta güclü dövlətlərdən olan havadarlara meydan oxuyur, Azərbaycanın qəti mövqeyini ortaya qoyur.
Var olun, yüz yaşayın. Azərbaycan var olduqca, Sizdə yaşayacaqsınız. Azərbaycan isə hər zaman var olacaq, deməli, Siz də yaşayacaqsınız.
Cem Küçüktürkdən, Kayseri, Türkiyə
Hörmətli cənab Prezident.
Sizə böyük hörmətlərimi çatdıraraq Türkiyədə hər bir kəsin ürəyinin, canının bir hissəsinin Azərbaycandakı qardaşlarımızın yanında olduğunu bildirirəm.
Şəhidlərinizə görə başda Siz olmaqla Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirəm.
Allahım hamınızın yar və yardımçısı olsun.
Yaşamış olduğunuz xain hücum haqqında eşidəndə mütəəssir oldum. Amma əmin idim ki, Azərbaycan xalqın köməyi ilə bu təcavüzün də öhdəsindən gələcək.
Düşməniniz düşmənimizdir, Sizə xainlik edən bizə xainlik etmişdir.
Qələbənizə mübarək olsun deyir, bütün türk milləti adından yanınızda olduğumuzu bildirirəm.
Əbülfəz Qasımov və başqalarından, Kiyev, Ukrayna
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Ukraynada yaşayan çoxsaylı həmvətənlərimizin adından Sizə və Sizin şəxsinizdə rəşadətli Azərbaycan Ordusuna səmimi minnətdarlığımızı bildirmək istəyirik.
30 ildir ki, erməni işğalçıları tərəfindən zəbt edilmiş Azərbaycan ərazilərini - Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğaldan azad etmək və 1 milyon qaçqını öz yurd-yuvalarına qaytarmaq üçün çıxdığınız bu müqəddəs yolda Sizi dəstəkləyirik.
Son günlər cəbhə bölgəsindən gələn şad xəbərlər bizi - Ukraynada yaşayan bütün azərbaycanlıları sevindirir və qürurlandırır. Qüdrətli Ordumuz Sizin əmrinizlə gücünü düşmən üzərində göstərir, onlara layiq olduqları cavabı verir.
Cənab Prezident, bu gün Sizin rəhbərliyiniz altında Milli Ordumuzun əsgərləri düşməni işğal olunmuş Azərbaycan torpaqlarından qovur. Dövlətimizin erməni təcavüzkarlarına qarşı informasiya müharibəsinin uğurla aparılmasında, erməni saxtakarlığını ifşa edən, təkzibedilməz dəlillərə əsaslanan publisistik və elmi əsərlərdən ibarət materialların Ukraynada davamlı şəkildə yayılmasında rol oynayan Ukraynadakı Azərbaycan ziyalıları müqəddəs Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Azərbaycan dövlətinin və Milli Ordumuzun daim yanında olduğunu bəyan edir.
Siz və Sizin əmrinizdə olan qəhrəman Azərbaycan Ordusu düşmənlərimizə və bütün dünyaya göstərdi ki, biz əzəli-əbədi torpağımız olan Qarabağ uğrunda sona qədər döyüşməyə hazırıq. Tarixi ədalət bizim tərəfimizdədir.
Sizə dərin hörmətimizi və dəstəyimizi bildiririk. Hər an əmrinizdə olduğumuzu ifadə etmək istəyirik. Biz həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik.
Sizin rəhbərliyiniz altında torpaqlarımızın son qarışına qədər geri alınacağına inanırıq. Hər birimizin ürəyinə sevinc gətirən fərəhli Qələbə gününü səbirsizliklə gözləyirik.
Yolumuz haqq yoludur!
Qarabağ Azərbaycandır!
İltifat Muradovdan, Bakı, Azərbaycan
Əziz cənab Prezident, hörmətli Ali Baş Komandan.
Sizə ulu öndərin layiqli davamçısı kimi müraciət edərək Sizinlə qürur duyduğumu deyirəm.
Mən Qarabağ qazisiyəm. Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovla çiyin-çiyinə döyüşmüşəm. 57 yaşım olsa da bir çağırışınız yetər ki, Azərbaycan dövlətinin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edim. Canımı Vətən yolunda fəda etməyə hazıram.
Siz xalqımızın, bütün Azərbaycanlıların Qəhrəmanısınız. Allah Sizi qorusun.
Qürurla deyirik: Qarabağ Azərbaycandır!
Vəli Şahverdiyevdən, Cəbrayıl, Azərbaycan
Hörmətli cənab Prezident
Torpaq bizim əbədi Vətənimizdir. Mən Cəbrayılda doğulmuşam, orda yaşa dolmuşam, orda ulularımız dəfn olunub. Bir də onu deyim ki, ata yurdumda 30-a qədər döyüş qabiliyyətli övladlarımız var. Onlar və mən özüm döyüşə hazırıq.
Mənim ailəm qadir dövlətimin verdiyi mənzildə yaşayır. İnanaraq deyirdim ki, yaxın illərdə doğma torpaqlara qayıdacağıq. Bu gün Siz xəyalları gerçəyə çevirdiniz. Bunun üçün Sizə uzun ömür, xoş günlər arzulayıram.
Deyirəm, eşq olsun Sizi dünyaya gətirən Anaya! Eşq olsun Sizə! Siz xalqın qəlbində heykəlinizi qoydunuz.
Qarabağ Azərbaycandır!
Əjdər Əliyevdən, Saatlı, Azərbaycan

Sizə bu məktubu çox sevinə-sevinə yazıram. Ona görə ki, Siz bizim Prezidentimiz olmaqla yanaşı, həm bizim, həm də dünya azərbaycanlılarının ağsaqqalısınız. Erməni dığalarının torpaqlarımızdan qovulması üçün cəsarətlə addım atdınız. Mən Sizin bu addımınızı alqışlayıram. Sizin zəfər bayrağınız mübarək olsun.
Siz bizim müdrik Prezidentimizsiniz. Sizin fəaliyyətiniz dünya tarixinə qızıl həriflərlə yazılır. Çünki, Siz ulu öndər Heydər Əliyevin oğlu olaraq onun siyasətini uğurla aparırsınız. Sizə uğurlar arzulayırıq.
Məhəmməd Ağayevdən, Salyan, Azərbaycan
Cənab İlham Əliyev, çox hörmətli Ali Baş Komandan!
Dövlətimiz üçün ağır, lakin gələcəyə böyük ümid yaradan bu günlərdə xalqımızın yumruq şəklində öz Ali Baş Komandanı ətrafında birliyini görmək çox xoş olmaqla yanaşı məndə ölkəmizin gələcəyinə böyük ümidlər yaradır.
Hamı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur.
Yaşımdan asılı olmayaraq, ehtiyatda olan bir zabit kimi mən də ordu sıralarında olmağı çox arzulayıram.
Gənclərimizin səfərbər olaraq ordu sıralarında torpaqlarımızın azadlığı uğrunda vuruşmaları məni hədsiz qürurlandırır və fərəhləndirir. Sizin komandanlığınız altında mübariz əsgər və zabitlərimizin düşmənə sarsıdıcı zərbələr vurması bizi hər gün zəfərə bir addım daha yaxınlaşdırır.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandanımız və müzəffər Ordumuz!
Rəcəb Ağayevdən, Masallı, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Mən Masallı rayonunun Qızılavar kəndində yaşayıram. Kənd təsərrüfatı sahəsində xırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Hazırda erməni faşistlərinə qarşı xalqımızın haqq savaşı gedir. Mən də döyüşə getmək üçün könüllü müraciət edənlər sırasındayam. Rayonumuzda olan bu qədər ruh yüksəkliyini heç vaxt görməmişik. Hər gün hərbi komissarlığın qarşısında döyüşə könüllü gedənlərin növbəsidir. İnsanlarımız şəhidlərimizin qisasını almaq üçün növbəyə durmuşdur. Hamı Mübariz İbrahimov və Polad Həşimov olmaq istəyir. Ordumuzun qələbələri sanki insanlara qol-qanad verib. Hər yerdə qələbə sevinci yaşanır. Belə bir Qəhrəman xalqı olan dövlətdə yaşadığımıza görə fəxr edirik.
Sağ olun, var olun. Yaşasın Azərbaycan Ordusu! Eşq olsun, Ali Baş Komandanıma!
İbrahim Abbaszadədən, Bakı, Azərbaycan
Əziz Prezidentim.
Mənim adım Abbaszadə İbrahimdir. Mən Bakıda 240 saylı məktəbdə təhsil alıram. Mənim yaxınlarda 10 yaşım olacaq.
Mən Azərbaycan Ordusunu dəstəkləyirəm. Azərbaycan Ordusu çox güclüdür.
Mən inanıram ki, Qarabağ erməni faşistlərindən azad olunacaq.
“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” – bu kəlməni ümummilli liderimiz Heydər Əliyev söyləmişdir. Allah Ulu Öndərimizə və şəhidlərimizə rəhmət eləsin.
Bu məktubumla mən Türkiyəyə də ürəkdən təşəkkürümü bildirirəm. Ona görə ki, onlar hər zaman bizim yanımızdadırlar.
Qarabağ bizimdir, bizim olacaq!
Mirmehdi Məmmədovdan, Beyləqan, Azərbaycan
Hörmətli cənab Prezident.
Otuz ilə yaxın vaxtdır ki, torpaqlarımız faşist erməni işğalçılarının tapdağı altındadır. Sizin uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımız işğaldan azad olunmaqdadır.
Qüdrətli ordumuzun apardığ uğurlu hərbi əməliyyatlar hamımızda böyük ruh yüksəkliyi yaratmışdır.
Qətiyyətlə inanırıq ki, Sizin rəhbərliyinizlə torpaqlarımız qısa müddətdə işğaldan tam azad ediləcəkdir.
Qələbə bizimlədir. Allah Sizi qorusun.
Babək Hətəmovdan, Biləsuvar, Azərbaycan
Hörmətli cənab Prezidentimiz.
Mən Biləsuvar şəhər Mübariz İbrahimov adına liseyin 7-ci sinif şagirdiyəm. Mənim ən böyük arzum Milli Qəhrəmanımızın qisasının alınmasını görmək idi. Bu sevinci bizə yaşatdığınız və Mübarizin, eləcə də minlərlə şəhidimizin qanını yerdə qoymadığınz üçün təşəkkür edirəm. Mən və mənim yaşıdlarım inanırıq ki, Sizin rəhbərliyiniz və əzmkarlığınızla Azərbaycan bayrağı əbədi olaraq Qarabağda dalğalanacaq.

Elşad Qaziyevdən, Mingəçevir, Azərbaycan

Mən ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm ki, Siz hər zaman olduğu kimi öz uzaqgörən və qətiyyətli addımlarınızla Azərbaycan dövlətinin inkişafına böyük töhfələr verirsiniz. Ulu Öndərimiz hər zaman deyərdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Mən də fəxr edirəm ki, Sizin kimi Prezidentim var.
Alagöz Səfərovadan, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident,
Füzuli şəhərindən olan bir məcburi köçkün kimi 30-ilə yaxın müddətdir ki, düşmənlə üz-üzə cəbhə bölgəsində qorxmadan, şərəflə yaşayıram. Dərs dediyim məktəbdə şagirdlərimə Sizin apardığınız siyasətin ölkəmiz üçün nə dərəcədə vacib olduğunu həmişə bildirmişəm. Mən və şagirdlərim buna bir daha əmin olduq. Uzun müddətdən sonra Sizin rəhbərliyinizlə qüdrətli ordumuz bizi sevinc göz yaşlarına boğdu. Cənab Prezident mənim həyat yoldaşım hərbiçi kimi Vətənə borcunu şərəflə yerinə yetirməkdədir. Bu bir həyat yoldaşı kimi, bir ana kimi məni çox qürurlandırır. İnanıram ki, Sizin rəhbərliyinizlə, Ordumuzun gücü ilə, qeyrətli əsgərlərimizlə çox yaxında üç rəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Bu Vətən qeyrətli insanların Vətəndir. Bu Vətən bizimdir, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır! Allah Sizi və qüdrətli ordumuzu qorusun.
Sahib Kərimovdan, Quba, Azərbaycan

Şanlı Ordumuz erməni cəlladlarının Azərbaycan torpaqlarının işğalı ilə barışmayaraq Azərbaycan xalqının tələbi ilə torpaqlarımızı düşmənlərdən təmizləyir. Bunlara görə Sizə və şanlı Ordumuza “çox sağ olun” deyirik. Cəbhədə şəhid olan qəhrəmanlara görə, onların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verirəm.
Cəbhə xəttində, Ağdamın Çəmənli kəndində hərbi xidmət keçmiş böyük oğlum Kərimov Osman və kiçik oğlum Kərimov Həmidulla çavuşdurlar. Onlar könüllü olaraq müharibəyə getmək üçün aidiyyəti orqanlara müraciət etmişlər. Mən bununla fəxr edirəm. Vətən bizim hamımızındır.
Allah Ali Baş Komandana və qəhrəman Ordumuza kömək olsun. Yaşasın müstəqil Azərbaycan Respublikası!
Bəhmən Bayramovdan, Biləsuvar, Azərbaycan
Möhtərəm cənab Prezident!
Mən yaşıma görə Sizi özümə qardaşoğlu hesab edirəm. Sizin apardığınız siyasət nəticəsində mən və xalqımız sanki dirilmişik. Nəvələrim hamısı ordudadır. Onlar mənə şad xəbər verdilər ki, torpaqlarımızı yağı düşməndən azad edirik. Mən sevincimdən ağladım.
Mənim 90 yaşım oktyabrın 15-də tamam olacaq. Bu günü ki gördüm, bundan sonra mənə daha ölüm yoxdur.
Sizi Allaha tapşırıram. O özü Sizə yar olsun! Allah Xalqımızı və Ordumuzu qorusun!
Rövşən Məmmədovdan, Cəbrayıl, Azərbaycan
Möhtərəm cənab Prezident.
Başda Siz olmaqla çox hörmətli Mehriban xanımı və Azərbaycan xalqını bizlərə bəxs etdiyiniz bu Qələbə sevinci munasibəti ilə öz adımdan, ailəmiz adından və Cəbrayıl rayonu sakinləri adından təbrik edirəm. Sizə uzun ömur, cansaglığı arzu edirəm. Mən bir azərbaycanlı və Cəbrayılın Böyük Mərcanlı kənd sakini olaraq Sizinlə fəxr edirəm. Bizim Cəbrayılımızı və bir neçə kəndlərimizi 30 ilə yaxın həsrətdən sonra bizlərə qaytardınız bu sevinci bizlərə bəxs etdiniz. Allah Sizi, Mehriban xanımı və Azərbaycan əsgərlərini qorusun.
Qələbə bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Elçin Əmiraslanovdan, Qobustan, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.
Bu tarixi gün münasibətilə Sizi, xalqımızı ürəkdən təbrik edirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında yaxın vaxtlarda Şuşada, Ağdamda, Xankəndidə, bütün işğal olunmuş ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanacaqdır.
Biz keçmiş döyüşçülər günü bu gün də Vətən yolunda Sizin rəhbərliyiniz altında, qanımızdan, canımızdan keçməyə hazırıq. Sizin siyasi kursunuzu, hərbi siyasətinizi dəstəkləyir və alqışlayırıq.
Cənab Ali Baş Komandan, elə başa düşülməsin ki, mən özümü kənarda qoymaqla azadlığa nail olmağımızı istəyirəm. Sizə çox məsuliyyətlə bildirirəm ki, Vətən uğrunda canımı, qanımı belə verməyə hazıram.
Bu çətin, lakin şərəfli işinizdə Tanrı Sizə və millətimizə yar olsun!
Baxış sayı: 635
Bölməyə aid digər xəbərlər

5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi