Bütün xəbərlər
“Kimdir səndən soruşan, torpaqları verəcəksən, ya verməyəcəksən?!”
Tarix: 09-10-2020 22:14 | Bölmə: Sosial

                  “Kimdir səndən soruşan, torpaqları verəcəksən, ya verməyəcəksən?!”


"Paşinyan demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim".
"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa müraciətində deyib.
"İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik", - deyə Prezident qeyd edib.  


Baxış sayı: 272


Bölməyə aid digər xəbərlər