17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
08:19 / 19-08-2026
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
08:15 / 19-08-2026
Politoloq Atayev Ermənistanın əməkdaşlıq üçün yeni tərəfdaşlar axtarmasının səbəbini izah etdi
22:41 / 18-08-2026
Taksi sürücüsünün zorla səfərbər edilməsi cinayət işi ilə nəticələndi
22:38 / 18-08-2026
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
22:35 / 18-08-2026
Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini elan etdi
22:31 / 18-08-2026
Beş əcnəbi Rusiyadan deportasiya olunmaqla üzləşəcək
22:28 / 18-08-2026
Polşada Ukraynalı uşaqlara hücumda şübhəli bilinənlər saxlanılıb
22:25 / 18-08-2026
Saxta Ağ Ev rəsmisi ilə yazışdığını etiraf etdi
22:19 / 18-08-2026
Xəzinə ovçuları sirli şəraitdə həlak olublar
22:15 / 18-08-2026
Boqdanov ABŞ siyasətində zorakılığı normal hesab edən insanların sayının artdığını qeyd etdi
22:11 / 18-08-2026
Xinşteyn Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsini vurmağa cəhd edən ovçunu dəstəklədi
22:07 / 18-08-2026
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
22:03 / 18-08-2026
Merz ən populyar olmayan Almaniya kansleri oldu
21:58 / 18-08-2026
Lavrov: "Rusiyaya zərbələrdə iştirak müharibədə iştirak hesab ediləcək"
21:51 / 18-08-2026
Avtobusa daş atan uşağa hücum etdi
21:48 / 18-08-2026
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
21:44 / 18-08-2026
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti və hakiminə qarşı sanksiyalar tətbiq edib
12:44 / 18-08-2026
Fabrikə basqın zamanı 130-dan çox qanunsuz immiqrant saxlanılıb
12:41 / 18-08-2026
Mülk üstündə oğullarını güllələyərək öldürüb
12:38 / 18-08-2026
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
12:35 / 18-08-2026
Bir kişi uşaq mağazasında qiymət fərqinə görə kassaya yumruq vurub
12:33 / 18-08-2026
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
“Şəhid anasıyam, hazırda həyat yoldaşımla digər oğlum da döyüşdədir” - Prezidentə yazırlar
Tarix: 09-10-2020 13:17 | Bölmə: Sosial
Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir. Azərbaycan Ordusu qətiyyətlə hər cür təxribatın qarşısını almağa hazırdır, gələn xoş xəbərlər də bunu deməyə əsas verir. Cəbhədə baş verən döyüşlərlə əlaqədar Prezident İlham Əliyevə həm ölkədən, həm də xarici ölkələrdən dəstək məktubları gəlməkdə davam edir. Vətəndaşlar məktublarında hər zaman ölkə başçısının yanında olduqlarını yazırlar.
“Qafqazinfo” məktublardan bir neçəsini təqdim edir:
Recep Gürkan və başqalarından, Ədirnə, Türkiyə
Cənab Ali Baş Komandan.
Ədirnə Bələdiyyə Məclisindəki siyasi partiyaların qrup rəhbərləri kimi sentyabın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi və beynəlxalq hüququ pozaraq Azərbaycanın mülki yaşayış məntəqələrini və əsgərlərini ağır silahlarla hədəf alan hücumlarını qınayırıq.
Bu hücum və Tovuz hadisələri bir daha göstərdi ki, Ermənistan bölgədə daimi sülh və sabitliyin bərqərar olmasına ən böyük maneədir. Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququ çərçivəsində xalqını qorumaq və ərazi bütövlüyünü bərpa etmək cəhdlərini dəstəkləyirik.
30 ildir ki, Qarabağ Ermənistanın işğalı altındadır. Biz də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına uyğun olaraq bu haqsız işğala sülh yolu ilə son qoyulmasının tərəfdarıyıq. Lakin görünən odur ki, Azərbaycanın sülh siyasəti birtərəflidir.
Beynəlxalq ictimaiyyəti uzun müddət Ermənistanın işğalından və hücumlardan əziyyət çəkən Azərbaycanın yanında olmağa dəvət edirik. Bu münasibətlə Bələdiyyə məclisimizdəki siyasi partiyalar olaraq, şəhid azərbaycanlı qardaşlarımıza rəhmət, qazilərimizə şəfa diləyir, millətimizin həmrəylik iradəsini bir daha vurğulayırıq.
Kamran Əliyevdən, Tovuz, Azərbaycan
Hörmətli cənab Prezident.
Göstərdiyiniz qətiyyət və cəsarətə, Azərbaycan xalqının yolunda fədakar əməyinizə görə Sizə dərin minnətdarlığımızı və sevgimizi bildiririk. Rəhbərlik etdiyiniz bir ölkədə yaşamağımızdan qürur duyuruq.
Bilirik ki, indiki dövr Sizin üçün qayğılı vaxtdır, amma böyükdən kiçiyə hamımız, bütün vətəndaşlarımız Sizinlə bir olduğumuzu diqqətinizə çatdırmaq istəyirik.
Zəbt edilmiş torpaqlarımızın qaytarılmasını 30 ildir ki, gözləyirdik və indi şərəfli bir yoldayıq. Xalq bu mübarizədə sonadək Sizinlədir.
İnşallah, qələbəmizi sona çatdıracağıq.
Bütün dualarımız Sizinlə və qəhrəman əsgərlərimizlədir.
Nadir İsmayılovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən keçən əsrin sonlarında erməni vəhşiliyinin törətdiyi hadisələrin canlı şahidiyəm. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək bu vəhşiliyin qarşısının alınmasında əməyim olub. Yaralanıb əlil olsam da, işğal altındakı torpaqları geri qaytarmaq üçün düşmənlə yenidən vuruşmaq əmrini illərdi gözləmişəm və bu imkanı bizə verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən buna çox sevinirəm, Allah Sizdən razı olsun. Hər an döyüşə getməyə hazır olduğumu Sizə bildirmək istəyirəm.
Cənab Ali Baş Komandan, göydə Allah, yerdə Sizin komandanlığınızla bizim mərd, igid övladlarımız, qardaşlarımız yaxın günlərdə Azərbaycanımızın üçrəngli bayrağını döyünən ürəyimiz olan Xankəndinin, Şuşanın ən hündür yerlərində dalğalandıracaqlar və Vətənimizin yağı düşməndən azad olub rahat və dərin nəfəs almasını görəcəyik.
Çox sağ olun, cənab Prezident. Allah Sizə yar olsun.
Məmmədsəfa Cəbiyevdən, Astara, Azərbaycan
Möhtərəm cənab Prezident.
Siz Azərbaycan tarixində heç bir zaman silinməyəcək tarix yazdınız. O tarix ki, o zirvəni Sizə qədər heç kim fəth etməmişdir.
Məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində doğma torpaqlarımıza olan 30 illik həsrətimizə bu günlərdə son qoyulmaqdadır. Ata-baba yurdumuzun hər qarışını şanlı Ordumuzun zəfərləri nəticəsində özümüzə qaytarır, illərdir işğal altında olan torpaqlarımızda milli bayrağımızı ucaldırıq. Bu tarixi məqamları göydə Allah, yerdə Siz bizə bəxş etdiniz, möhtərəm cənab Prezident. Siz həyatda ikən xalqımızın mənəvi atası adını qazandınız. Biz hamımız Sizin arxanızdayıq.
Yaşasın Azərbaycan Prezidenti!
Qarabağ Azərbaycandır!
Məhəbbət Rüstəmovadan, Qəbələ, Azərbaycan
Möhtərəm cənab Prezident.
Doğma Azərbaycanın gözəl guşəsi olan Dağlıq Qarabağı və onun ətrafındakı rayonları zorla mənimsəyən mənfur düşmənin 30 ildir ki, işğalı altında olan torpaqlarımızın sülh yolu qaytarılması üçün Siz əlinizdən gələni əsirgəmədiniz. Biz bunun canlı şahidləriyik. Lakin düşmənin fikri sülh deyil, müqəddəs torpaqlarımızı bizə unutdurmaq istəyi idi.
Sentyabrın 27-də Ordumuzun əks hücuma keçməsi barədə əmriniz böyük sevinclə qarşıladıq. Məktəbimizin şagirdləri belə Orduya yazılmaq, könüllü vuruşmağa hazırdırlar.
Müharibə gedən bu günlərimizdə Siz Azərbaycan xalqının cəsarətli Lideri olduğunuzu bir daha sübut etdiniz. Sizin kimi güclü, müdrik, böyük siyasətçi, öz xalqını sevən Prezidentimiz olduğuna görə biz Allahdan çox razıyıq. Ordumuzun əldə etdiyi nailiyyətlər Sizin apardığınız uzaqgörən daxili və xarici siyasətdən irəli gəlir. Azərbaycan xalqı Sizə arxalanır.
Allah Azərbaycan Prezidentini, Ordumuzu, xalqımızı qorusun. Amin.
Qarabağ Azərbaycandır!
Şəmilə Məmmədovadan, Bakı, Azərbaycan
Cənab Ali Baş Komandan.
Sizin komandanlığınızla qısa müddət ərzində əldə olunan uğurlar bir şəhid ailəsi kimi məni də qürurlandırdı. Otuz illik Qarabağ həsrətinə son qoymaq üçün gördüyünüz işlər tarixə yazılacaq, əsrlər boyu öyrəniləcək. Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunu formalaşdırdı. Şübhə yoxdur ki, işğal altında olan torpaqlarımız Sizin siyasətiniz, ordumuzun gücü və xalqımızın dəstəyi sayəsində erməni təcavüzkarlarının tapdağından azad olunacaq. Qələbə Azərbaycanındır.
Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Sizinlə fəxr edirik.
Əziz Prezidentimiz, biz Sizə inanırıq, Sizinlə birlikdəyik. Allah Sizi, xalqımızı və Ordumuzu qorusun.
Ramil Əliyevdən, Gəncə, Azərbaycan
Cənab Ali Baş Komandan.
Gəncə şəhər sakinləri, təhsil işçiləri Sizin apardığınız bu siyasət yolunu dəstəkləyir, hər zaman Sizə güvənirlər. Sizin və ordumuzun sayəsində, İnşallah, torpaqlarımızı azad edəcəyik. Biz buna inanırıq. Allah Sizi və ordumuzu qorusun. Hər zaman Sizinləyik. Qarabağ Azərbaycandır!
Mehman Əmiraslanovdan, Hacıqabul, Azərbaycan
Cənab Ali Baş Komandan.
Azərbaycan torpaqlarının mənfur düşmənlərimizdən azad olunması yolunda uzun illər apardığınız xarici və daxili siyasətin nəticəsi olaraq atdığınız addımları bütün xalqımız kimi, bir təhsil işçisi olaraq mən də tam dəstəkləyirəm. Hamımızda dərin inam var ki, çox keçməz, ay-ulduzlu üçrəngli bayrağımız Sizin komandanlığınızla şanlı ordumuzun sayəsində xalqımızın yenilməzlik, məğrurluq simvolu olan Şuşada dalğalanar. Bir tarix müəllimi kimi şagirdlərimə bu günlərdə Sizin sayənizdə yazılan Azərbaycanın qəhrəmanlıq tarixi haqqında danışmağı, məlumat verməyi özüm üçün ən şərəfli iş hesab edirəm. Uğurlar, cənab Ali Baş Komandan. Qarabağ Azərbaycandır!
Günəş Əliyevadan, Lənkəran, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.
Uzun illərdir ki, Azərbaycanımızın Qarabağ bölgəsi işğal altındadır. 27 ildən sonra doğma torpaqlarımızın azad edilməsi ilə bağlı verdiyiniz əmr bütün azərbaycanlılar kimi mənim də ürəyimcədir. Hər birimiz Sizin aldığınız qərarları dəstəkləyir və yanınızda olduğumuzu demək istəyirəm. Bu çətin, eyni zamanda, şərəfli yolda Allah köməyimiz olsun. Allahın izni ilə yaxın zamanda bütün Azərbaycan xalqına böyük qələbə xəbəri verəcəyinizə inanır və həmin xəbəri səbirsizliklə gözləyirik. Yaşasın Azərbaycan əsgəri! Yaşasın cənab Ali Baş Komandan!
Tərxan Xudiyevdən, Cəbrayıl, Azərbaycan
Cənab Ali Baş Komandan.
Sizin uğurlu siyasətiniz və qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində 27 illik işğaldan azad olunan, 218 təsərrüfatı, 805 sakini olan Quycaq kəndinin əhalisi adından yazıram.
Quycaq kəndi Qarabağın gözəl bir guşəsində yerləşmiş və ənənələri olan bir kənddir. Erməni işğalına qədər orada 170 ev və 700 sakin olub. Quycaq kənd orta məktəbi 34 nəfər professor və elmlər namizədi yetişdirib. Birinci Qarabağ müharibəsində kəndimiz dörd şəhid verib. Bu gün də müzəffər Azərbaycan Ordusunun sıralarında onlarla quycaqlı gənc Vətən uğrunda döyüşlərdədir.
Cənab Prezident, bu illər ərzində Vətən həsrətinə dözə bilməyib rəhmətə gedənlərimizin sayı çoxdur. Siz Quycaq kəndinin işğaldan azad olunduğunu elan etdiyiniz an bütün kənd sakinlərini xoşbəxt etdiniz. Həmin gün dünyadan köçmüş Quycaq sakinlərinin ruhları da şad oldu.
Cənab Ali Baş Komandan, bu gün ayaqda olan 805 nəfər Quycaq sakini Sizin Ordunuzdur. Ağsaqqalından körpəsinə kimi hər bir Quycaqlı Ulu Öndərin və Sizin heykəlinizi artıq çoxdan qəlblərində ucaltmışlar.
Biz hamımız hər an Sizin bir əmrinizlə Azərbaycan Ordusunun ön cərgələrində yerimizi tutmağa hazırıq. Quycaq camaatı iki hadisənin intizarındadır: Uca bayrağımızın Şuşada dalğalanmasının və cənab Ali Baş Komandanın müzəffər bir Ordu rəhbəri kimi Azərbaycanın Milli Qəhrəmanı elan edilməsinin.
Reyhanə Qəribovadan, Qəbələ, Azərbaycan
Cənab Ali Baş Komandan.
Son günlər ölkəmizdə baş verən hadisələr məni çox təsirləndirir və bir o qədər də qürurlandırır. Sizin göstərişinizlə Ordumuz itirilmiş torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edir. Bu münasibətlə Sizi və Azərbaycan xalqını təbrik edirəm.
Arzu edirəm ki, şanlı Ordumuz mənfur düşmənin əlində olan bütün torpaqlarımızı geri qaytarsın, hər bir məcburi köçkün soydaşımız dədə-baba yurdlarına qayıtsınlar.
Cənab Prezident, biz hamımız Sizi dəstəkləyir, Sizin uzaqgörən siyasətinizə inanırıq. İnanırıq ki, ən yaxın zamanda qələbə sevincini xalqa məhz Siz çatdıracaqsınız. Allah Sizi və əsgərlərimizi qorusun!
Yaşasın Azərbaycan, yaşasın Qarabağ!
Qarabağ Azərbaycandır!
İlqar Quliyevdən, Biləsuvar, Azərbaycan
Cənab Ali Baş Komandan.
Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, belə bir güclü Ordumuz var və hər gün yeni-yeni qalibiyyətlərə imza atır. Mənim qardaşım hazırda cəbhə xəttindədir. Özüm də könüllü gedib əsgər qaraşlarımla çiyin-çiyinə vuruşmaq şərəfinə nail olmaq istəyirəm.
Mənfur düşməni torpaqlarımızdan qovub çıxaracağımız, erməni faşistləri üzərində zəfər çalacağımız gün çox yaxındır. Bu zəfərin Sizin dilinizdən qürurla dünyaya elan ediləcəyi günü səbirsizliklə gözləyirik.
Ulu Tanrı Sizə, komandanlığınızla vuruşan mərd igidlərimizə yar olsun!
Nuridə Babaşovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi salamlayır və Azərbaycanımızın yaralı yeri olan Qarabağımızın bəzi hissələrinin işğaldan azad edilməsinə görə minnətdarlıq edirəm. Allah Sizi qorusun. Biz daim Sizə güvənmişik və bu güvənimiz heç zaman boşa getməmişdir.
Bir azərbaycanlı qadın kimi son damla qanıma qədər vuruşmağa belə hazıram. Qarabağ bizimdir, bizim olacaq! Şəhidlərin qanı yerdə qalmayacaq. Şəhidlərimizin ailələrinə başsağlığı verirəm, valideynlərinin əllərindən öpürəm. Övladlarını isə bağrıma basaraq, Azərbaycan xalqına qələbə arzulayıram.
Turəxanım Qasımovadan, Abşeron, Azərbaycan
Zati-aliləri, cənab Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə 30 illik həsrətə son qoyulur. Azərbaycan öz dədə-baba torpaqlarına qovuşur. Sevincimizin həddi-hüdudu yoxdur!
Vaxtilə Yeni Azərbaycan Partiyası yaradılanda onun sıralarına daxil olmuş, ulu öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldiyi zaman onu hava limanında qarşılayan ilk partiya üzvlərindən biri olmuşam. Bizim xalq olaraq bəxtimiz onda gətirib ki, tarixin ən çətin sınağında Heydər Əliyev kimi dühanı Tanrı xilasımıza yetirdi. Siz isə onun böyük siyasətini davam etdirərək ölkəmizin firavanlığını, əzəli torpaqlara böyük qayıdışımızı təmin edirsiniz.
Dünya Azərbaycan dövlətinin öz sözünün, haqqının sahibi olduğunu gördü. Şükürlər olsun ki, bizlər də bu tarixi anın şahidinə çevrilə bildik.
Azərbaycan xalqı bu gün hamılıqla Sizin yanınızdadır. Tanrı xalqımızı qorusun.
Var olun, Ali Baş Komandan!
Təranə Kərimovadan, Cəbrayıl, Azərbaycan
Hörmətli Ali Baş Komandan.
Bu günlər zəfər günüdür, biz şəhid analarının ürəyinə su səpilən gündür. İnanıram ki, şəhidlərimizin qisası alınacaq.
Mən şəhid Qəhrəmanov Ruhin Əşrəf oğlunun anasıyam, hal-hazırda həyat yoldaşım və digər oğlum da döyüşlərdədi. Mən Sizə və qəhrəman əsgərlərimizə inanıram.
Tezliklə şanlı bayrağımızın Şuşada, Cıdır düzündə dalğalanacağına inanıram.
Bütün şəhid anaları adından Sizə və əsgərlərimizə minnətdaram. Allah Sizləri və əsgərlərimizi qorusun.
Kəmalə Quluyevadan, Abşeron, Azərbaycan
Hörmətli Prezident.
Mən Laçın rayonundan məcburi köçkünəm. Düşmən tapdağı altında olan doğma torpaqlarımız azad edildikcə qəlbim dağa dönür.
Allah sizə cansağlığı versin, cənab Ali Baş Komandan. İnşallah tezliklə qəhrəman əsgərlərimiz Azərbaycan Bayrağını Laçında ucaldar. Mənim üçün bu, çox böyük sevinc olar.
Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!
Baxış sayı: 515
Bölməyə aid digər xəbərlər

Dünən, 08:19
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib
12-08-2026, 10:22
Rusların Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir
12-08-2026, 10:00
Təhsil Nazirliyi məktəblərdə fasilələrin nə qədər davam etməli olduğunu aydınlaşdırdı
11-08-2026, 19:00
Məhkəmə Ukrayna Milli Bankının sədri Pışnıyın diplomunun etibarlılığının yoxlanılmasını əmr etdi
11-08-2026, 09:24
Fırıldaqçılar saxta məktəb söhbətləri yarada bilərlər
10-08-2026, 19:20
Bir qadın on beşinci uşağını dünyaya gətirib
10-08-2026, 18:46
Kiyev qışa hazırlaşmaq üçün bank krediti götürdü
6-08-2026, 20:24
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
6-08-2026, 19:46
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
5-08-2026, 19:41
"Hər qələbə xoşbəxtlikdir": sinxron üzgüçü Kossova Parisdə keçirilən Avropa Çempionatında qızıl medal qazanması haqqında
4-08-2026, 20:22
Avropa Çempionatındakı nəticəsini "rüsvayçılıq" adlandırdı
4-08-2026, 18:45
Avropa Komissiyası Rusiyadan enerji məhsullarına tam qadağa qoyulmasını tələb edəcək
3-08-2026, 18:16
Putin "Böyük dəyişiklik" mərasimində gənc aparıcı ilə futbol oynadı
3-08-2026, 01:04
Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
1-08-2026, 11:57
MİQ nəticələri açıqlandı
30-07-2026, 18:10
Pulsuz turist avtobusu istifadəyə veriləcək
29-07-2026, 19:24
Fırtına və cərəyanlar səbəbindən dənizdə üzmək qadağan edilib
29-07-2026, 18:17
Yataqxana binasında yanğın baş verib
28-07-2026, 19:54
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
28-07-2026, 18:30
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
27-07-2026, 17:05
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
23-07-2026, 22:30
Dron hücumundan sonra yanacaq-enerji kompleksi obyektində baş verən yanğını 279 nəfər söndürür
22-07-2026, 13:00
"The Wall Street Journal", Ukrayna "Magura" pilotsuz qayıqlarının ABŞ-da istehsal ediləcəyini açıqladı
22-07-2026, 12:51
Rusiya qadın komandası Su Polosu üzrə Dünya Kubokunun dörddəbir finalında Hollandiyanı məğlub etdi
21-07-2026, 20:49
Təbiət Qoruğu Norveç maralının vurduğu ziyanı qiymətləndirir
20-07-2026, 23:13
Azərbaycanda ilk “Müyəssərlik Xəritəsi” yaradıldı
20-07-2026, 20:29
Ermənistanda fermerlər pomidor satışına görə magistral yolu bağlayırlar
20-07-2026, 18:46
Ermənistan AB-yə balıq ixrac etmək hüququ əldə edib
20-07-2026, 18:43
Alimlər Yerə yaxınlaşan maqnit fırtınası barədə xəbərdarlıq edirlər
19-07-2026, 20:02
Süni intellekt səbəbindən gözlənilməz qiyamət ssenarisi aşkar edilib
15-07-2026, 20:18
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
14-07-2026, 10:14
Olimpiya biatlon çempionu 53 yaşında vəfat etdi
13-07-2026, 19:57
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
13-07-2026, 19:52
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
13-07-2026, 19:32
İnsan boyda tuna balığı tutuldu
12-07-2026, 20:34
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
12-07-2026, 20:24
Putini toyuna dəvət edən jurnalist evləndi
11-07-2026, 16:20
İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
11-07-2026, 16:06
Millət vəkilinin növbəti vətəndaş qəbulu