12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Torpaq ehtiyatları laboratoriyasında payız ekspedisiyalarına başlanılıb
Tarix: 08-10-2020 23:48 | Bölmə: Sosial

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının əməkdaşları payız ekspedisiyalarına başlayıb.
Sabaha-inamla.az-a AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən verilən məlumata görə laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyevin rəhbərliyi ilə ilk ekspedisiyanın istiqaməti Culfa rayon ərazisinə, xüsusilə orta, yuxarı dağlıq hissəsinə olub. Ərazidə yayılan torpaqların tip, yarımtipləri müşahidə edilib və ətrafda yayılan mədəni bitkilərdən payız xiyarı, pomidor, lobya, yabanı ağac-kol bitkilərdən alma, armud, alça, itburnu, yemişan və s. meyvələrinin məhsuldarlığına diqqət yetirilib.
Müşahidələr göstərib ki, Milax, Teyvaz, Boyəhməd, Ləkətağ və Ərəfsə kəndlərinin çay kənarlarında və dağarası çökəkliklərdə yüksək məhsuldar torpaqlar vardır.
Tədqiqatlarda eyni zamanda Ərəfsəçay hövzəsində yerləşən Xəzinədərə adlanan dağarası çökəklikdə dağ-qara torpaqlarının yayıldığı müəyyən edilib.





Baxış sayı: 360


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu