Bütün xəbərlər
Yüksək Texnologiyalar Parkı: Azərbaycan Ordusunu müxtəlif mühərrik yağları ilə təchiz etməyə hazırıq
Tarix: 29-09-2020 18:31 | Bölmə: Sosial

             Yüksək Texnologiyalar Parkı: Azərbaycan Ordusunu müxtəlif mühərrik yağları ilə təchiz etməyə hazırıq

AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vasif Abbasovun sədrliyi ilə sentyabrın 29-da iclas keçirilib.
AMEA-dan APA-ya bildirilib ki, tədbiri giriş sözü ilə açan V.Abbasov Ermənistanın hərbi təxribatına cavab olaraq əsgərlərimizin düşmənə layiqli cavab verdiyini bildirib, erməni silahlı qüvvələrinin ağır itkilərə məruz qalmasını Azərbaycanın yüksək döyüş hazırlığı olan güclü orduya malik olması ilə əlaqələndirib. Qeyd edib ki, Ali Baş Komandanın səriştəli və doğru siyasət yürütməsi nəticəsində Azərbaycana məxsus bir neçə kənd və strateji əhəmiyyət daşıyan obyektlər qısa müddət ərzində düşməndən geri alınıb.
Parkın direktoru vurğulayıb ki, rəhbərlik etdiyi qurumun rezidenti olan AMEA-nın Təcrübə-Sənaye Zavodunda ən müasir tələblərə cavab verən, yüksək keyfiyyətə malik mühərrik, transmissiya, kompressor, hidravlika yağları, sürtkü materialları və s. istehsal edilir. Onun sözlərinə görə, Təcrübə-Sənaye Zavodu zərurət yarandığı halda Azərbaycan Ordusuna dəstək verməyə, ordumuzu müxtəlif mühərrik yağları və digər vasitələrlə təchiz etməyə hazırdır.


Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər