Bütün xəbərlər
Vitse-spiker doğum gününü təbrik edənlərə minnətdarlıq etdi
Tarix: 27-09-2020 02:26 | Bölmə: Sosial
Vitse-sipiker Adil Əliyev doğum gününü təbrik edən dostlara öz minnətdarlığını bildirib. Sabaha-inamla.az Adil Əliyevin bu minnətdarlığını oxucların diqqətinə çatdırır:

-Əziz dostlar, doğum günümlə bağlı yazdığınız təbrik mesajları üçün hər birinizə öz dərin təşəkkürümü bildirirəm. Dünəndən çoxsaylı təbriklər almışam. Dəstək və diqqətiniz mənə böyük güc verir. Hər zaman sizdən böyük mənəvi dəstək görmüşəm. Mənə nə arzulayırsınızsa, eynilə sizə də onları diləyirəm. Son günlər kimlərsə, öz yalan və iftira yazıları ilə məni haqq yolundan döndərməyə çalışır. Onlar məni dövlətimi, millətimi Prezidentimi sevməməyi məcbur edə bilməz. Biz birlikdə güclüyük!
Bu yerdə Kristian Nevell Bovinin yaxşı sözü yada düşür: “Saxta dostlar bizim kölgəmizə bənzəyir. Biz gün işığında olanda bizə daha yaxın olur, ancaq biz bir az qaranlıq yerdə olan kimi bizi tərk edir”.
Dostlar, var olun!
P.S. Hər birinizə ayrı-ayrılıqda cavab yaza bilmədiyim üçün məni üzrlü hesab edəsiniz.


Baxış sayı: 305


Bölməyə aid digər xəbərlər