12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“İmmunlaşdırma proqramında Avropadakı bütün beynəlxalq standartlar tətbiq olunur” - Millət vəkili + Video
Tarix: 26-09-2020 23:48 | Bölmə: Sosial

                  “İmmunlaşdırma proqramında Avropadakı bütün beynəlxalq standartlar tətbiq olunur”

“Hər beş ildən bir təsdiq olunan tədbirlər planı çərçivəsində, peyvənd təqviminə uyğun olaraq, dövlət hesabına bu gün bizim peyvənd təqvimizdə 11 xəstəliyə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir”
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən bildirir ki, bunu millət vəkili Soltan Məmmədov Azərbaycanda immunlaşdırma proqramı çərçivəsində beynəlxalq standartların tətbiq olunması ilə bağlı danışarkən deyib.
S. Məmmədov qeyd edib ki, Azərbaycanda immunlaşdırma proqramında Avropa regionunda qəbul olunmuş bütün beynəlxalq standartlar tətbiq olunur:
“Yoluxucu xəstəliklərin immunoprofilaktikası proqramı çərçivəsində, peyvənd təqviminə uyğun olaraq, həyata keçirilən peyvəndlərlə yanaşı, bir sıra xəstəliklərin könüllü olaraq əhali tərəfindən peyvənd keçirilməsi istiqamətində hər il Azərbaycanda müxtəlif layihələr həyata keçirilir".
Millət vəkilinin sözlərinə görə, xüsusilə payız fəslində bir sıra risk qruplarından olan pasiyentlər arasında fəsil qripinə qarşı peyvəndlər həyata keçirilir:
“Bu, tənəfüss orqanları xəstəliyindən müdafiə olunmasına xidmət edir. Bu il bütün dünya üçün problem olan pandemiya dövründə fəsil qripinə qarşı peyvənd tədbirlərinin həyata keçirilməsi həm immunoprofilaktika proqramı çərçivəsində görülən tədbirlər üçün, həm də bu gün Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində görülən işlərə böyük dəstək olacaq”.
S.Məmmədov sonda qeyd edib ki, bu günə qədər Azərbaycanda çox uğurla həyata keçirilən peyvənd proqramı çərçivəsində istifadə olunan peyvəndlər mütləq qaydada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydiyyatından keçib və bütün standartlarına cavab verir.  

              



Baxış sayı: 366


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu