20:08 / 06-05-2026
190 karatlıq almaz tapılıb
01:11 / 06-05-2026
Sənət dastanı
Bütün xəbərlər
Aygün Əliyevanın yeni vəzifəsi məlum oldu
Tarix: 25-09-2020 16:29 | Bölmə: Sosial

                   Aygün Əliyevanın yeni vəzifəsi məlum oldu


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi aparılıb.
“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olunub. Bundan sonra göndərilən sorğular İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq. 
Binəqədi İcra hakimiyyəti başçısının sabiq müavini Aygün Əliyeva TƏBİB-in Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamentinin müdiri vəzifəsinə təyin edilib. Eyni zamanda İctimaiyyətlə əlaqələr şöbəsi də A. Əliyevanın rəhbərlik edəcəyi departament daxilində fəaliyyət göstərəcək.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva da həmin departamentdə çalışacaq.



Baxış sayı: 626


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib