Bütün xəbərlər
Milli Məclisin deputatı Müşfiq Məmmədlinin gənclərlə onlayn görüşü keçirilib
Tarix: 18-09-2020 02:23 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə Milli Məclisin deputatı Müşfiq Məmmədlinin gənclərlə onlayn görüşü keçirilib. İlk olaraq idarənin rəisi Elgün Hümbətov çıxış edərək son illər Sumqayıtda görülən işlər, gənclər və idman siyasəti, gələcək planlar, pandemiya şəraitində fəaliyyətin qurulması haqda geniş məlumat verdi.
Daha sonra millət vəkili Müşfiq Məmmədli altı ay müddətində edilən müraciətlər, deputat vətəndaş münasibətləri, gənclərin şəhərin inkşafındakı rolundan bəhs edərək bu yöndə təşkil olunan görüşlərin vacibliyini vurğuladı. Millət vəkilinin çıxışından sonra müxtəlif sahələri təmsil edən gənclər onları narahat edən məsələləri dilə gətirərək Müşfiq Məmmədliyə suallar ünvanladılar. Eyni zamanda müxtəlif yöndə layihələrin həyata keçirlməsi üçün təkliflər verdilər. Maraqlı diskusiya şəraitində keçən onlayn tədbirin sonunda görüşlərin mütəmadi olması qərara alındı.
Sabaha-inamla.az











Baxış sayı: 425


Bölməyə aid digər xəbərlər