Bütün xəbərlər
İcra başçısı yüksək bal toplayan abituriyentlərlə görüşdü
Tarix: 11-09-2020 20:55 | Bölmə: Sosial

                 İcra başçısı yüksək bal toplayan abituriyentlərlə görüşdü


İsmayıllıda yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib. 
"Qafqazinfo" xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı 600-dən yüksək bal toplamış 21 məzun və 1 nəfər Avropa Coğrafiya Olimpiadasının iştirakçısı ilə görüşüb. Tədbir pandemiya qaydalarına uyğun 2 mərhələdə olmaqla açıq səma altında baş tutub.
Görüşdə rayon rəhbəri uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edib, onlara doğma vətənin daha da qüdrətlənməsi yolunda möhkəm iradə və gələcəkdə yüksək nailiyyətlər arzulayıb. O bildirib ki, təhsil hər bir ölkənin və rayonun sosial iqtisadi inkişafında əsas yer tutur. 
Sonda rayon icra hakimiyyətinin qiymətli hədiyyələri tələbə gənclərə təqdim edilib, müvafiq diplomlarla təltif olunub. Onlarla xatirə şəkli çəkilib.






Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər