Bütün xəbərlər
Sağlam Düşüncə Gənclər Təşkilatı Fransanın Azərbaycandakı Səfirliyi ilə ekoloji layihələr üzrə əməkdaşlığa başlayıb
Tarix: 10-09-2020 02:23 | Bölmə: Sosial

Sağlam Düşüncə Gənclər Təşkilatı Fransanın Azərbaycandakı Səfirliyi ilə ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilməsi nəzərdə tutulan ekoloji layihələr üzrə əməkdaşlığa başlayıb.
Sentyabrın 7-də Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qros və Fransa Səfirliyinin Əməkdaşlıq və Mədəniyyət üzrə müşaviri - Azərbaycanda Fransız institutunun (IFA) direktoru Jerome Kelle Sağlam Düşüncə Gənclər Təşkilatında (SDGT) qonaq olub.
Görüşdə eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov da iştirak edirdi.
SDGT-nin sədri Orxan Bayramov və həmtəsisçisi Ramiz Əliyev qonaqlara təşkilat barədə ətraflı məlumat vermiş və onların suallarını cavablandırmışlar.
Sağlam Düşüncə Gənclər Təşkilatı və Fransa səfirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq sentyabr ayından etibarən ekoloji layihələrin həyata keçirilməsi üzrə birgə maliyyələşdirmə barədə razılığa gəlinib. Əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və yeni layihələrə imza atılacağına ümid edirik və Cənab Səfirə ziyarətinə görə minnətdarlığımızı bildiririk!

Sabaha-inamla.az








 


Baxış sayı: 510


Bölməyə aid digər xəbərlər