Bütün xəbərlər
“Baş həkimlər deyir, elə edin ki, onlar özəl xəstəxanalarda da iş tapmasın”
Tarix: 09-09-2020 14:09 | Bölmə: Sosial

                   “Baş həkimlər deyir, elə edin ki, onlar özəl xəstəxanalarda da iş tapmasın”


“Pandemiya başlayanda bir neçə tibb işçisi qorxduğuna görə ərizə yazıb işdən çıxıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentin komitə iclasında qaldırıb. 
O qeyd edib ki, indi pandemiya azalmaq üzrədir: “Həmin tibb işçilərinin təkrar işə qayıtması lazımdır. Bu, ona bənzəyir ki, elə bil müharibə başlayanda onlar dövləti tək qoyub gediblər. 
Ona görə də bir neçə baş həkim mənə müraciət edərək bildirir ki, Əmək Məcəlləsinə elə dəyişiklik edin ki, həmin tibb işçiləri hətta özəl xəstəxanalarda belə işə düzələ bilməsin”.


Baxış sayı: 458


Bölməyə aid digər xəbərlər