22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Yaponlar Azərbaycanda tütünçülük sahəsinə 40 milyon dollar investisiya yatırmağı planlaşdırırlar
Tarix: 09-09-2020 12:19 | Bölmə: Sosial

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Yaponiyanın Beynəlxalq İnkişaf şirkətinin (TET) vitse-prezidenti Muneçika Tanio ilə görüş keçirilib.
Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, ASK-ın vitse-prezidenti Vüqar Zeynalov qonağa ASK barədə ətraflı məlumat verərək dövlət-özəl tərəfdaşlığı çərçivəsində görülən işlərdən danışıb.
TET-in vitse-prezidenti bildirib ki, şirkət mindən artıq investoru öz ətrafında birləşdirir. Yaponlar Azərbaycanda ötən ildən fəaliyyət göstərməyə başlayıblar və ilkin sərmayə qoyuluşu tütünçülük sahəsinə olub. Oğuzda tütünqurutma məntəqəsi tikilib və Tovuzda da bu məqsədlə investisiya qoyuluşu həyata keçirilir. Təkcə tütünçülük sahəsinə yaponlar 40 milyon dollar investisiya qoymağı planlaşdırırlar.
Eyni zamanda, M.Tanio gələn ay ərzində 100 yapon investorunun Azərbaycana səfərinin gözlənildiyini söyləyib. Bu səfərlərdə investorlar müxtəlif sahələr üzrə müəyyənləşdirilmiş regionlara gedərək ətraflı məlumatlar toplayacaqlar.
TET şirkətinin vitse-prezidenti biznes-tur çərçivəsində investorların ASK üzvləri ilə görüşməsini təklif edib.




Baxış sayı: 467


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu