20:08 / 06-05-2026
190 karatlıq almaz tapılıb
01:11 / 06-05-2026
Sənət dastanı
Bütün xəbərlər
Təhsil naziri direktora töhmət verdi
Tarix: 01-09-2020 16:14 | Bölmə: Sosial

                  Təhsil naziri direktora töhmət verdi


Təhsil naziri Emin Əmrullayev məktəb direktoruna töhmət verib.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki,  “Müəllimlərin etik davranış Qaydaları”nı pozduğuna görə, Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.
Qeyd edək ki, E. Rzayevin sosial şəbəkələrdə avtobus sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra BNA rəsmisi Mais Ağayev açıqlama yayaraq bildirmişdi ki, sözügedən şəxsin sürücü işləməsi ilə bağlı fikirlər həqiqəti əks etdirmir: “Bildiririk ki, “BakuBus MMC”də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o, bunu sadəcə paylaşım xatirinə edib”.




Baxış sayı: 647


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib