22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Mehriban xanıma böyük hörmətimi, sevgilərimi çatdırmaq istəyirəm-Yeni Azərbaycan Partiyası Abşeron Rayon Təşkilatı Qadınlar Şurasının sədri Təyyibə Hüseynova Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik etdi
Tarix: 26-08-2020 21:09 | Bölmə: Sosial

Bu gün dünyamız bir qədər qarışıqdı, sanki dünyanın yuxusu ərşə çəkilmişdi. Siyasi mübarizələr, radikallaşma, torpaq üzərində siyasi davalar, dünyanı ağzına alıb.Digər tərəfdən də dünyanı lərzəyə salan COVİD-19 pandemiyası  dünyamızda nə qədər narahatçılıq yaşandığını bir daha göstərir. Belə bir narahat vaxtda deyirlər ki, dünyada ən şəfqətli, ən mərhəmətli olan qadınlar xilas yolu ola bilirlər. Bu baxımdan da bizim müstəqil Azərbaycanın bəxti gətirib ki,  dünyaya şəfqət, mərhəmət mələyi simvolu kimi təqdim etdiyimiz birinci xanımımız, vitse-prezidentimiz var.Bu Mehriban xanım Əliyevadır.Onun xəmri sanki böyük sevgidən, məhəbbətdən, humanizmdən, şəfqətdən, mərhəmətdən yoğrulmuşdur. Bu gün də mən deyərdim ki, dünyamızın şəfqətə, mərhəmətə  böyük ehtiyacı var. Bu gün bizim şəfqət, mərhəmət mələyi kimi tanıdığımız Mehriban xanımın doğum günüdür. Mən fürsətdən istifadə edib onu doğum günü münasibətilə  səmimi qəlbdən, bir azərbaycanlı qadını kimi , Azərbaycan anası, Respublikanın əməkdar müəllimi kimi təbrik etmək istəyirəm. Mehriban xanım cəmiyyətimizə bu gün çox lazımdır. O nəinki dövlət xadimi kimi fəaliyyət göstərir, Azərbaycan xalqının mədəniyyətini dünyaya tanıdır, eyni zamanda  bizim dövlətimizin, dövlətçiliyimizin keşiyində durur. O bizim Prezidentimizin ən yaxın silahdaşı, arxadaşıdır. Mehriban xanım ən gözəl ailə nümunəsidir. Və bu gün Azərbaycan qadınlarına nümunə ola biləcək Mehriban xanıma  böyük hörmətimi, sevgilərimi çatdırmaq istəyirəm.
 Mehriban xanım, sizə gələcək fəaliyyətinizdə sağlıqla, müvəffəqiyyətlə dolu bir ömür payı arzu edirəm. Ulu Tanrı sizi qorusun!



Baxış sayı: 785


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu