20:36 / 20-08-2026
ABŞ-ın ən yaşlı məhbusu səkkiz dəfə edamdan qaçaraq 101 yaşında vəfat edib
20:28 / 20-08-2026
Latviya Latviyada qəzaya uğrayan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib
20:25 / 20-08-2026
Ukrayna üçün dronlar Finlandiyada istehsal olunacaq
20:22 / 20-08-2026
Paşinyanın partiyasının Erməni Apostol Kilsəsinin rəhbəri üçün planları açıqlandı
20:19 / 20-08-2026
Avropa Komissiyası Kiyevin 90 milyard avroluq proqram çərçivəsində hava hücumundan müdafiə aktivləri tələb etmədiyini bildirib
20:16 / 20-08-2026
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
20:01 / 20-08-2026
Yaponiya hökuməti Putinin Kuril adalarına səfərindən sonra Rusiyaya qarşı tədbirləri nəzərdən keçirir
19:54 / 20-08-2026
Bir ekspert Qərbin Rusiya ilə danışıqlara məcbur olacağını proqnozlaşdırdı
19:51 / 20-08-2026
"Forbes" siyahısındakı amerikalı iş adamı vəfat edib
19:49 / 20-08-2026
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19:45 / 20-08-2026
Zaxarova Almaniya qəzetinin adının dəyişdirilməsini təklif etdi
19:42 / 20-08-2026
Paşinyan strateji əhəmiyyətli kəndin Ermənistanın bir hissəsi olmadığını bildirdi
19:37 / 20-08-2026
Bağçılıq icmasında bir nəqliyyat vasitəsi və iki ev avtomobildəki qığılcım səbəbindən yanıb
19:35 / 20-08-2026
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19:32 / 20-08-2026
"Kabinədə huşsuz vəziyyətdə tapıldı": Çin Rusiya dənizçilərindən birini xilas etməyə çalışır
19:30 / 20-08-2026
Beşmərtəbəli binada it sığınacağı:15 itin sahibi ilə dalaşırlar
19:26 / 20-08-2026
Bolqarıstan üç ildən sonra ilk dəfə Rusiya təyyarəsinin öz ərazisi üzərindən uçmasına niyə icazə verdiyini izah etdi
19:18 / 20-08-2026
Azad Laçın gələcəyə hesablanmış böyük inkişaf nümunəsidir-Könül Nurullayeva
19:12 / 20-08-2026
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
19:09 / 20-08-2026
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
Müştərilər yalnız bu halda maskanı çıxara bilər
Tarix: 18-08-2020 16:21 | Bölmə: Sosial
Azərbaycanda karantinin yumşaldılması ilə əhalinin ən çox gözlədiyi sahələrdən biri olan restoran və kafelərin fəaliyyəti, nəhayət ki, bərpa olunur. "Qafqazinfo" xəbər verir ki, bu gündən açıq havada restoran və kafelər işə başlayıb. Restoran və kafelər pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri olduğu üçün bu müəssisələrdə fəaliyyət göstərən sahibkarlar pandemiya şərtlərinə uyğun qaydalara tam əməl olunmaqla gündəlik normal iş həyatına davam etməyi öyrənməlidirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində bunun şərtləri açıqlanıb, xüsusi qaydalar işlənib hazırlanıb.
Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına uyğun olaraq açıq hava sahəsində işləyən bütün ailəvi istirahət mərkəzləri, restoran, keytrinq, yeməkxana, bufet, kafe, qəlyanaltı və s. xidmətlər aparan müəssisələr 09:00-dan 22:00-dək fəaliyyət göstərə və restoranlar müştəri qəbulunu obyektin tutumunun yarısı qədər - 50% həcmlə yerinə yetirə bilərlər. Restoran və kafelər ən azı üç tərəfdən hava axını ilə təchiz edilməli və ya üzəri tam açıq olmalıdır, müştərinin qarşısını alan hər hansı maneə olmamalıdır. İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağan edilir. Masa və stulların seyrək düzülməsi, qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafənin isə 2 metrdən az olmaması da əsas şərtlərdəndir. Restoran və kafelərin girişində hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə obyektdə olan masaların, oturacaqların sayı və adambaşına düşən kv.metr, masalararası məsafə haqqında məlumatlar əks etdirilməlidir. Masada əyləşən müştəri sayı 6 nəfərdən çox ola bilməz.
Pandemiya dövründə bəzi yeni tələblər də gündəmə gəlib. Bu tələblərə restorana daxil olan müştərilərin hərarətinin ölçülməsi və onların obyektə maska ilə daxil olması, maskası olmayan insanlara maska təqdim edilməsi, girişdə əllərin dezinfeksiya olunması üçün antiseptik məhlulların yerləşdirilməsi və s. daxildir. Ümumi istifadədə olan əşyalara qadağalar mövcuddur: masalarda olan ədviyyat, sous, yağ, duz, şəkər, diş çöpləri bundan sonra hər bir müştəriyə özəl olaraq birdəfəlik qablaşdırılmada təqdim olunacaq.
Hazırda restoranlar və müştərilər üçün ən əsas gözlənti təmizlik tələblərinə nə dərəcədə riayət edilməsidir. Hər iki tərəf pandemiya şərtlərinə əməl etməlidir və bu zaman qarşılıqlı nəzarət çox vacibdir. Əslində, diqqətlə araşdırsaq, sanitar-gigiyenik qaydaların əksəriyyətinə pandemiyasız dövrdə də əməl olunmalıdır. Bura masaların, qab-qacağın təmizliyi, yüksək temperaturda yuyulması, mütəmadi dezinfeksiyası, aşpasların və xidmət personalının sağlamlıq arayışlarının olması, şəxsi gigiyenaya (geyim, saç, əl, dırnaq təmizliyi) və s aiddir.
Restoran və kafelərdə işçilər tibbi maska taxmalı və ondan istifadə edilməsinə nəzarət olunmalı, dezinfeksiya məhlullarından fasiləsiz istifadə edilməlidir. İş vaxtı müştəriyə xidmət göstərən zaman maskanın çənəyə endirilməsi, yaxud tamamilə ağızdan çıxarılması yolverilməzdir. Maska çirkləndikdə və ya nəmləndikdə dərhal dəyişdirilməlidir. Birdəfəlik maskalardan təkrar istifadə edilməsi qəti qadağandır.
Obyektin giriş-çıxışlarında və kassalarda dezinfeksiya məhlulundan istifadə üçün qurğular yerləşdirilməlidir. Bütün ailəvi istirahət mərkəzi, restoran, keytrinq, yeməkxana, bufet, kafe, qəlyanaltı və s. xidmətlər göstərən müəssisələrdə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilməlidir. İş saatı ərzində mütəmadi olaraq işlək sahələrdə, iş saatlarından sonra isə bütün sahələrdə təmizlik-dezinfeksiya işləri məsul şəxsin nəzarəti altında həyata keçirilməlidir. Bundan əlavə, dövri olaraq ayda 1 dəfə inzibati binanın ərazisi, mətbəx, yemək qəbulu zalları, digər əsas və köməkçi sahələri əhatə edən dezinfeksiya tədbirləri görülməlidir. Dezinfeksiya edilməsi vacib olan sahələrə obyektin ərazisi, mətbəx, yemək qəbulu, sanitar-məişət otaqları, masa və stulların səthləri, pəncərə və pəncərə altlıqları, tutacaqlar, döşəmə və divar səthləri, qapı və qapı tutacaqları, mətbəx avadanlıqları aiddir.
İşçi heyət dəyişəkli təmiz iş geyimi ilə, həmçinin gün ərzində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, əlcək, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin edilməlidir. Şəxsi gigiyena qaydalarına riayət olunmalı, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir.
İş geyimi ilə əlaqədar xüsusi gigiyenik qaydalara əməl olunmalıdır. İşə başlamazdan əvvəl əllər sabunla təmiz yuyulmalı, təmiz işçi forması geyinilməli, saçlar örtük altında yığılmalı və ya xüsusi tor materialdan hazırlanmış başlıqlardan istifadə edilməlidir. İş zamanı təmiz paltarda olmaq, çirkləndikdə dərhal dəyişdirilmək vacib amillərdəndir. İşçi formasında məkandan kənara çıxmaq qadağandır.
İşçi heyətin müntəzəm şəkildə müayinəsi mütləqdir. İş zamanı özündə COVID-19-a spesifik olan əlamətləri (qızdırma, quru öskürək, nəfəs darlığı) hiss edən işçinin fəaliyyəti dərhal dayandırılmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməli, onun iş yeri dezinfeksiya edilməlidir. Covid-19 xəstəsi olan işçinin yenidən işə qayıtmasına yalnız karantin qaydalarına əməl etməklə sağalaraq və müvafiq laborator test müayinəsindən keçərək neqativ nəticəsi olduğu halda icazə verilir.
Müştərilər təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmalı, maskası olmayan şəxslərə girişdə maskalar təqdim edilməlidir. Hərarətin ölçülməsi zamanı işçi heyətə mane olmaq, bundan yayınmaq qəti qadağandır. Maskalar ağız və burun nahiyəsini tam örtmək şərti ilə taxılmalıdır. Müştərilər yalnız qida qəbulu zamanı və masada əyləşdikləri zaman maskanı çıxara bilərlər. Masadan qalxıb hər hənsı bir sahəyə daxil olan zaman (kassa, sanitar qovşağı) maskadan istifadə zəruridir.
Ictimai iaşə obyektlərində epidemioloji qaydalara riayət edilməsi üçün ölkəmizdə kifayət qədər maska və gigiyenik məhsulların ehtiyatı mövcuddur, qıtlıq müşahidə olunmur. Satışda istənilən qədər maska, antiseptik və dezinfeksiya vasitələri var. Həmçinin sahibkarlara bu sahədə bəzi güzəştlər verilib və qanunvericliklə tənzimlənir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyiciləri tərəfindən aparılan zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclər məhdudiyyət qoyulmadan xərclərdən çıxıla bilər.
İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra məsul qurumlar mütəmadi keçiriləcək monitorinqlər zamanı qayda pozuntusuna yol vermiş obyektlərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görəcək. Burada cərimələr əsas təsiredici qüvvəyə malikdir. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin (epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması) tələblərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 4.000 manatadək, hüquqi şəxslər isə 4.000 manatdan 10.000 manatadək məbləğdə cərimə ediləcək. Hətta xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs cəzasə da tətbiq oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin (Epidemiya əleyhinə rejim, sanitar-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) tələblərinin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 yüz manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Yuxarıda qeyd olunan qanun pozuntusu halları 1 il ərzində təkrar törədildiyi halda, fiziki şəxslərə 200 manat, vəzifəli şəxslərə 400 manat, hüquqi şəxslərə 800 manat məbləğində cərimə nəzərdə tutulur.
Həm əhali, həm də sahibkarlar bilməlidirlər ki, karantin qaydalarına ciddi əməl olunmadığı halda, virusa yoluxanlaın sayı yenidən artacaq. Biz bunu may-iyun aylarının təcrübəsində yaşamışıq. Təəssüf ki, bəzi insanların laqeydliyi və biganəliyi ucbatından qaydalara əməl etməməsi bizi sərt karantin günlərinə geri qayıtmaq təhlükəsi ilə üz-üzə qoyur. Əgər yenidən sərt karantin rejiminə qayıtmaq istəmiriksə, hamılıqla bu qaydalara riayət etməli, yeni həyat tərzinə uyğunlaşmalı, sanitar-epidemioloji tələbləri pozanlara qarşı birlikdə mübarizə aparmalıyıq. Sosial məsuliyyət və nəzarət, ictimai qınaq pandemiya ilə mübarizədə əsas silahımız olmalıdır.
Baxış sayı: 732
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:49
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19-08-2026, 08:19
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib
12-08-2026, 10:22
Rusların Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir
12-08-2026, 10:00
Təhsil Nazirliyi məktəblərdə fasilələrin nə qədər davam etməli olduğunu aydınlaşdırdı
11-08-2026, 19:00
Məhkəmə Ukrayna Milli Bankının sədri Pışnıyın diplomunun etibarlılığının yoxlanılmasını əmr etdi
11-08-2026, 09:24
Fırıldaqçılar saxta məktəb söhbətləri yarada bilərlər
10-08-2026, 19:20
Bir qadın on beşinci uşağını dünyaya gətirib
10-08-2026, 18:46
Kiyev qışa hazırlaşmaq üçün bank krediti götürdü
6-08-2026, 20:24
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
6-08-2026, 19:46
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
5-08-2026, 19:41
"Hər qələbə xoşbəxtlikdir": sinxron üzgüçü Kossova Parisdə keçirilən Avropa Çempionatında qızıl medal qazanması haqqında
4-08-2026, 20:22
Avropa Çempionatındakı nəticəsini "rüsvayçılıq" adlandırdı
4-08-2026, 18:45
Avropa Komissiyası Rusiyadan enerji məhsullarına tam qadağa qoyulmasını tələb edəcək
3-08-2026, 18:16
Putin "Böyük dəyişiklik" mərasimində gənc aparıcı ilə futbol oynadı
3-08-2026, 01:04
Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
1-08-2026, 11:57
MİQ nəticələri açıqlandı
30-07-2026, 18:10
Pulsuz turist avtobusu istifadəyə veriləcək
29-07-2026, 19:24
Fırtına və cərəyanlar səbəbindən dənizdə üzmək qadağan edilib
29-07-2026, 18:17
Yataqxana binasında yanğın baş verib
28-07-2026, 19:54
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
28-07-2026, 18:30
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
27-07-2026, 17:05
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
23-07-2026, 22:30
Dron hücumundan sonra yanacaq-enerji kompleksi obyektində baş verən yanğını 279 nəfər söndürür
22-07-2026, 13:00
"The Wall Street Journal", Ukrayna "Magura" pilotsuz qayıqlarının ABŞ-da istehsal ediləcəyini açıqladı
22-07-2026, 12:51
Rusiya qadın komandası Su Polosu üzrə Dünya Kubokunun dörddəbir finalında Hollandiyanı məğlub etdi
21-07-2026, 20:49
Təbiət Qoruğu Norveç maralının vurduğu ziyanı qiymətləndirir
20-07-2026, 23:13
Azərbaycanda ilk “Müyəssərlik Xəritəsi” yaradıldı
20-07-2026, 20:29
Ermənistanda fermerlər pomidor satışına görə magistral yolu bağlayırlar
20-07-2026, 18:46
Ermənistan AB-yə balıq ixrac etmək hüququ əldə edib
20-07-2026, 18:43
Alimlər Yerə yaxınlaşan maqnit fırtınası barədə xəbərdarlıq edirlər
19-07-2026, 20:02
Süni intellekt səbəbindən gözlənilməz qiyamət ssenarisi aşkar edilib
15-07-2026, 20:18
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
14-07-2026, 10:14
Olimpiya biatlon çempionu 53 yaşında vəfat etdi
13-07-2026, 19:57
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
13-07-2026, 19:52
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
13-07-2026, 19:32
İnsan boyda tuna balığı tutuldu
12-07-2026, 20:34
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
12-07-2026, 20:24
Putini toyuna dəvət edən jurnalist evləndi
11-07-2026, 16:20
İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub