22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Muxtar respublikada əhaliyə nümunəvi nəqliyyat xidməti göstərilir
Tarix: 17-08-2020 12:07 | Bölmə: Sosial

Hazırda muxtar respublikada, ümumilikdə, 496 taksi sərnişindaşıma xidməti göstərir. Bununla yanaşı, fəaliyyətdə olan 135 marşrut xəttində 313 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin 6 ayı ərzində şəhərdaxili nəqliyyatda istifadə edilməsi üçün Çin Xalq Respublikasının istehsalı olan 6 ədəd “King-Long” markalı yeni avtobus və onlara aid ehtiyat hissələri alınaraq gətirilib, iyunun 22-də avtobusların təqdimatı keçirilib. 2019-cu ilin yanvar ayından etibarən Naxçıvan şəhərinin Xətai və 21-ci məhəllə sakinlərinin ictimai nəqliyyata olan tələbatını asanlaşdırmaq məqsədilə 9 nömrəli marşrut fəaliyyətə başlayıb, iyun ayının 1-dən etibarən isə şəhərdaxili nəqliyyatda 10 nömrəli marşrut xətti istifadəyə verilib. Bu da əhalinin yeni salınmış Sahil Parkına rahat gediş-gəlişini təmin etmək üçün xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Babək şəhər əhalisinin mənzilbaşına rahat və təhlükəsiz çatdırılmasını təmin etmək məqsədilə şəhərdaxili nəqliyyatda fəaliyyət göstərən 6 nömrəli marşrut xətti Babək şəhərinədək uzadılıb.
Həmçinin Ağbulaq İstirahət Mərkəzinə və Duzdağ Fizioterapiya Mərkəzinə salınmış marşrutlar öz işini davam etdirib, Uzunoba gölündəki çimərliyə iyunun 15-dən başlayaraq marşrut işləməsi təmin olunub. Hazırda nəqliyyat idarəsinin balansında sərnişindaşıma ilə məşğul olan 74 avtobus və 23 taksi minik avtomobili vardır ki, onlar da muxtar respublika sakinlərinə nümunəvi sərnişindaşıma xidməti göstərirlər.




Baxış sayı: 532


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu