20:08 / 06-05-2026
190 karatlıq almaz tapılıb
01:11 / 06-05-2026
Sənət dastanı
Bütün xəbərlər
Koronavirusa yoluxan tanınmış həkim sağaldı
Tarix: 15-08-2020 13:04 | Bölmə: Sosial

                    Koronavirusa yoluxan tanınmış həkim sağaldı


Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev sağalıb.
"Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, COVİD-19 virusuna yoluxmuş həkim Cavid Paşayev sağalıb: "O, xəstəliyi çox ağır keçirmişdi. Artıq sağalıb və bu gün evə buraxılacaq. Koronavirus xəstələrinin müalicəsinə göstərdiyi dəstəyə görə birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürlərimi bildirirəm".
Qeyd edək ki, Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülmüşdü.



Baxış sayı: 684


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib