22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Naxçıvanda sosial könüllülərlə sağlamlıq imkanları məhdud gənclərin görüşü keçirilib
Tarix: 11-08-2020 17:54 | Bölmə: Sosial



Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud gəncləri də əhatə edir. 12 avqust – Beynəlxalq Gənclər Günü ərəfəsində sosial könüllülərlə sağlamlıq imkanları məhdud gənclərin görüşü təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sosial könüllülərin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə sosial könüllülər muxtar respublikanın şəhər və rayonlarında yaşayan müvafiq kateqoriyadan olan gənclərlə görüşüb, onlara Beynəlxalq Gənclər Günü münasibətilə hədiyyələr təqdim ediblər. Könüllülər gənclərlə birgə vaxt keçirib, onların gündəlik məşğuliyyətləri, yaradıcılıqları ilə tanış olublar.
Qeyd edək ki, muxtar respublikada əlamətdar günlər münasibətilə sosial qayğıya ehtiyacı olan şəxslərlə görüşlər artıq ənənə halını alıb və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.




Baxış sayı: 500


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu