Bütün xəbərlər
Bu sahələrin fəaliyyətinə icazə verildi - Siyahı
Tarix: 08-08-2020 00:18 | Bölmə: Sosial

                  Bu sahələrin fəaliyyətinə icazə verildi


Operativ Qərargah avqustun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısı açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, bunlar aşağıdakılardır: 
- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
- maşın və avadanlıqların istehsalı;
- elektrik avadanlıqlarının istehsalı;
- kompüter, elektron və optik məhsulların istehsalı;
- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
- sair nəqliyyat vasitələrinin istehsalı;
- poliqrafiya məhsullarının istehsalı;
- zərgərlik məmulatlarının istehsalı;
- musiqi alətləri, idman mallarının istehsalı;
- geyim istehsalı;
- toxuculuq sənayesi;
- ayaqqabıların istehsalı;
- dəri və dəri məmulatlarının istehsalı;
- tütün məmulatlarının istehsalı;
- sair sənaye məhsullarının istehsalı.


Baxış sayı: 465


Bölməyə aid digər xəbərlər