21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
19:41 / 07-10-2026
Rusiya səs girişindən istifadə edərək dron dəstəsini idarə etmək üçün bir sistem hazırlayıb
19:36 / 07-10-2026
Lavrov bildirib ki, ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyini başa düşür
20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
“Diasporumuzun fəallığı erməni lobbisini çətin duruma salıb”
Tarix: 04-08-2020 21:37 | Bölmə: Sosial
"Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməlləri ilə daim dünyanın diqqətində olsa da, hələ də işğalçı dövlətə «dur!» demək problem olaraq qalmaqdadır. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi olmalıdır. Təəssüf ki, işğalçı dövlət bu prinsipləri kobud şəkildə pozur. Belə bir vəziyyətdə beynəlxalq təşkilatların siyasətində bütün dövlətlərə ədalət meyarının tətbiqi üçün vahid mexanizm mövcud deyil. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, həmçinin ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn tətbiqinin zəruriliyinə təkid edir. Dövlətimizin başçısı İlham Əliyevin dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan etdiyi kimi, BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, Azərbaycana gəldikdə isə bu sənədlərin icrası 25 ildən artıqdır ki, kağız üzərində qalır. Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və bu dövlətlər dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməklə yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasına, hörmətsizlik edilməsinə imkan verməməlidirlər".
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə diqqətə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdikləri təxribata qarşı Azərbaycanın qətiyyətli cavabı beynəlxalq aləmdə böyük dəstək qazandı:
"Nəzərə alsaq ki, bu gün beynəlxalq problemə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində dövlətin qətiyyətli mövqeyi, xalqın iradəsi ilə yanaşı, beynəlxalq dəstək də əhəmiyyətli rola malikdir, bu halda Azərbaycana dəstəyin miqyası göz önündədir. Ölkəmiz bu uğura biri-birindən əhəmiyyətli diplomatik addımları, ən əsası real faktlara, həqiqətlərə əsaslanan təbliğatı sayəsində nail olub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması əsaslı şəkildə öz əksini tapıb. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bir sözlə, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Əsas olan budur ki, bu qərar və qətnamələr kağız üzərində qalmasın, real həyatda öz təsdiqini tapsın. Azərbayanın 30 ildən artıqdır ki, dünyadan gözlədiyi məhz budur".
"Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 12 iyul təxribatı ermənilərin törətdikləri ilk hadisə deyil. Tarixin hansı dövrlərinə, eyni zamanda, günün hansı vaxtına diqqət yetirsək, erməni təxribatının şahidi olarıq" söyləyən V.Rəhimzadə bildirib ki, təkcə aşağıdakı faktı qeyd etmək kifayətdir ki, ermənilərin məkrli niyyəti bir daha bəlli olsun:
"Qurban bayramı olmasına baxmayaraq Ermənistan yenidən qoşunların təmas xəttində atəşkəsi dəfələrlə pozaraq bununla bütün dünya müsəlmanlarına öz hörmətsizliyini nümayiş etdirmişdir. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiyanı dövlət siyasətinə çevirən Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox insanlığa sığmayan vandalizm aktlarını törətmişdir. Bu kimi erməni vəhşiliklərini sadalamağımız səbəbsiz deyil. Ermənistana törətdiyi təxribatlara görə hansısa ciddi sanksiyanın təbiq olunmaması, «gözün üstə qaşın var» deyilməməsi onu daha da fəallaşdırır, işğalçılığı, terror və təxribatlarının miqyasını genişləndirməyə ruhlandırır".
Baş redaktor vurğulayıb ki, Ermənistanın hər bir təxribatının qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınır:
"Bu, Azərbayanın suveren hüququdur. Müstəqil dövlət olaraq öz ərazi bütövlüyünü, suverenliyini, milli maraqlarını qorumaq hüququndan irəli gələn addımlarıdır. Əgər dünya dövlətləri, beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların kağız üzərində qalması ilə kifayətlənib otururlarsa, bu, artıq dünyada hüquq probleminin pik həddə çatmasına, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizmin olmamasına bir işarədir. Bu gün Azərbaycan dövləti Ermənistanın 12 iyul təxribatına ona görə daha çox diqqət yönəldir ki, əgər işğalçı dövlətə ciddi beynəlxalq təzyiq göstərilsəydi dünyanın əksər dövlətlərində, o cümlədən demokratiyanın beşiyi sayılan ABŞ-da azərbayanlıların aidiyyəti qurumların icazəsi əsasında keçirdikləri dinc aksiyalara, o cümlədən səfirliklərimizə, konsulluqlarımıza xarici ölkələrdəki erməni-daşnak tör-töküntüləri tərəfindən hücumlar edilməzdi. Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribat beynəlxalq hüquq baxımından Azərbaycana qarşı təcavüzdür. İşğalçı dövlətin son təxribatlarına hansı tərəfdən yanaşsaq, bütün beynəlxalq konvensiyaların tələblərinə ziddir, hüquq normalarının kobud şəkildə pozulmasıdır, demokratik dəyərlərə hörmətsizlikdir. Azərbaycan tərəfinin hər bir addımını lupa ilə izləyib, ən xırda məqamı belə gözdən qaçırmayan, dərhal ölkəmizi demokratik dəyərlərə hörmətsizlikdə, yaxud demokratiyanın tələblərini pozmaqda ittiham edən beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən ABŞ Dövlət Departamenti ermənilərin və erməni diasporunun törətdiyi əməllərə laqeyd yanaşmağı daha məqsədəuyğun hesab edir. ABŞ Dövlət Departamenti dünya dövlətlərində insan hüquqlarının qorunmasına dair illik hesabatlarında daim Ermənistanı demokratiyanın tələblərinə böyük hörmətlə yanaşan ölkə kimi dəyərləndirib. Bunun nəticəsidir ki, bu gün istər ABŞ-da, istərsə də digər ölkələrdə demokratik dəyərləri kobud şəkildə pozan ermənilərin təxribatçı hərəkətlərinə göz yummağı özləri üçün çıxış yolu hesab edirlər".
"Azərbaycan diasporunun fəallığı erməni lobbisini və Ermənistan hakimiyyətini çətin duruma salıb" söyləyən V.Rəhimzadə qeyd edib ki, Azəbaycan diasporunun fəaliyyəti, həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası istiqamətində atdığı addımlar göz qabağındadır:
"Bu gün dünya, eyni zamanda, Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birliyinin, həmrəyliyinin şahididir. Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Diasporla İş üzrə Komitədə 4 nəfərin vəzifəsini dəyişməsi və 10 əməkdaşı işdən çıxarması da Azərbayacan diasporunun gücünü həzm edə bilməməsindən irəli gəlir. Artıq Ermənistan hakimiyyəti görür ki, müstəilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni diasporuna dünyada cərəyan edə proseslərə təsir etmək imkanı yaratsa da, bu gün artıq Azəbaycan diasporunun gücü həmin mifi dağıtmışdır. Xarici ölkələrdəki soydaşlarımızın vahid bir qüvvə kimi Azərbaycanın haqq səsini dəstəkləməsi, təxribatlardan uzaq olaraq dinc yolla və qanuni şəkildə Ermənistanın vandalizminə qarşı etiraz aksiyaları keçirməsi dünyaya bir daha ədalət çağırışıdır. Son günlərdə Belçika və ABŞ-da günahkarların həbs olunması və istintaqın davam etməsi ilə bağlı məlumatlar yayılmaqdadır. İnanırıq ki, beynəlxalq hüququn norma və prinsiplərinin məkana və zamana görə tətbiqi tendensiyası bir kənara qoyularaq ədalət meyarı öndə saxlanılmaqla günahkarlar cəzalandırılacaq, bununla da aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar özlərinə inam formalaşdırmaq imkanı qazanacaqlar".
Baxış sayı: 574
Bölməyə aid digər xəbərlər

6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi