Bütün xəbərlər
Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Fəttah Heydərovun vəfatı ilə əlaqədar yaxınlarına başsağlığı verib
Tarix: 04-08-2020 13:51 | Bölmə: Sosial
Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun vəfatı ilə əlaqədar onun yaxınlarına başsağlığı verib.
“Bu gün yaxın dostum Fəttah müəllim dünyasını dəyişmişdir. O, yüksək mənəvi və insani keyfiyyətlərə sahib, cəmiyyətimizdə hər zaman ağsaqqallığı və müdrikliyi ilə seçilərək dini-mənəvi dəyərlərə ehtiramla yanaşmışdır. Fəttah müəllim həmişə xeyirxahlığı və sadəliyi ilə insanlara örnək olmuşdur.
Allahdan Fəttah müəllimə rəhmət, yaxınlarına səbr diləyirəm.”

Sabaha-inamla.az


Baxış sayı: 846


Bölməyə aid digər xəbərlər