10:50 / 04-08-2020
Fəttah Heydərov vəfat etdi
Deputat 1200-dən çox ailəni sevindirdi - Fotolar
Tarix: 31-07-2020 12:25 | Bölmə: Sosial

                 Deputat 1200-dən çox ailəni sevindirdi


Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə Qurban bayramı ilə əlaqədar seçildiyi 96 saylı Goranboy-Naftalan seçki dairəsi ərazisində yaşayan 1200-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, Çernobıl əlillərinə, qaçqın və məcburi köçkünlərə, habelə imkansız ailələrə ərzaq məhsullarından ibarət bayram sovqatı və qurban payı çatdırılıb.
"Qafqazinfo" xəbər verir ki, deputatın sözlərinə görə, bu cür xeyriyyə aksiyalarının məqsədi milli-mənəvi dəyərlərimizi təbliğ etmək, insanları birliyə, əmin-amanlığa səsləmək, aztəminatlı ailələrin, əlil, ahıl və kimsəsizlərin bayram sevincinə şərik çıxmaq, onları sevindirməkdən ibarətdir.
Bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.






Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər
28-07-2020, 19:16 TƏBRİK EDİRİK!
27-07-2020, 13:45 Yeni Təhsil naziri kimdir?