Bütün xəbərlər
Prezident yeni növ dayanacaqla tanış oldu - Fotolar
Tarix: 29-07-2020 21:47 | Bölmə: Sosial

                   Prezident yeni növ dayanacaqla tanış oldu


İsmayıllı rayonuna səfər edən Prezident İlham Əliyev yeni dayanacaqla tanış olub.
“Qafqazinfo”nun məlumatına görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Prezidentə məruzəsində həmin dayanacaqlardan daha 3 yerdə qoyulacağını bildirib:
Prezident İlham Əliyev:  Bu, yeni dayanacaqdır?
Nahid Bağırov: Bəli, cənab Prezident. Bunu ilk dəfə olaraq İsmayıllıda tətbiq etdik.
Prezident İlham Əliyev: Gözəldir.
Nahid Bağırov: Bundan şəhərimizdə üç yerdə qoymağı nəzərdə tutmuşuq. Həmçinin elektrobus da sifariş etmişik. Yeni dayanacaq səkkiz oturacaqlıdır. Bu, yerli məhsuldur, cənab Prezident.
Prezident İlham Əliyev: Bu, harada istehsal olunur?
Nahid Bağırov: Azərbaycanda, Balaxanıda, texnoparkda.
Prezident İlham Əliyev: Texnoparkda?
Nahid Bağırov: Bəli, cənab Prezident, icazə versəniz, bunun filialını İsmayıllıda açardıq. Sahibkar özü də istəyir.
Prezident İlham Əliyev: Əlbəttə, açın, həm buranı, həm də ətraf rayonları nəzərə alın. Düzdür, indi turizm yoxdur, amma karantin bitsin, hesab edirəm ki, daxili turizmlə bağlı yaxşı işlər görüləcək.
Nahid Bağırov: Artıq onunla da bağlı işlərə başlamışıq.
Prezident İlham Əliyev: Çox yaxşı.
Nahid Bağırov: Çox sağ olun, cənab Prezident.
 




Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər