21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
19:41 / 07-10-2026
Rusiya səs girişindən istifadə edərək dron dəstəsini idarə etmək üçün bir sistem hazırlayıb
19:36 / 07-10-2026
Lavrov bildirib ki, ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyini başa düşür
20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
Jurnalistlər Prezidentə təşəkkür edib
Tarix: 27-07-2020 13:53 | Bölmə: Sosial
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 22 iyul- Milli Mətbuat Günü münasibətilə jurnalistləri təltif edib, bir neçəsinə “Əməkdar jurnalist” fəxri adı digərlərinə “Tərəqqi” medalı, bəzisinə isə Prezident təqaüdü verib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı bir qrup jurnalist Prezidentə təşəkkür məktubları ünvanlayıb:
Vüsalə Mahirqızıdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan mətbuatının yaranmasının 145 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığınız sərəncamlara, media adamlarına göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. APA Media Qrupun əməkdaşları olaraq biz həmişə bu diqqəti hiss etmişik. Sizin sərəncamınızla gənc yaşda “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş azsaylı jurnalistlərdən biri olmağım, indi isə “Tərəqqi” medalı ilə təltif edilməyim tərcümeyi-halımın qürur duyduğum səhifələridir. Mən Sizə həm də baxışından, münasibətindən asılı olmayaraq bütün media sektoruna göstərdiyiniz diqqət, tolerantlıq, dostluq üçün təşəkkür edirəm. Bu günlərdə ölkəmiz üçün strateji əhəmiyyətli qərarlarınız, bütün sahələri əhatə edən islahatlarınız davam edir. Özünüzün ifadə etdiyiniz kimi, Sizin ən yaxın köməkçiləriniz olaraq bu islahat prosesinə işimizlə dəstək verə bildiyimizə inanırıq. Əminəm ki, biz Sizin qoruduğunuz və ən yaxşı təbliğatçısı olduğunuz bu dövlətdə hələ uzun illər proqressiv, kommunikasiyanın daha yaxşı qurulduğu mühitdə əməkdaşlıq edəcəyik.
Cənab Prezident, bu günlərdə təkcə Silahlı Qüvvələrimiz deyil, Azərbaycan xalqının hər bir nümayəndəsi Sizə həm də Ali Baş Komandan olaraq müraciət edir. Sizə Ali Baş Komandanımız olaraq davamlı qələbələr, özümə isə Sizdən qələbə xəbərinin açıqlandığı müsahibəni almağı arzu edirəm.
Hörmətlə,
Vüsalə Mahirqızı
APA Media Qrupun baş direktor
Azərbaycan Respublikası, Bakı şəhəri.
Aslan Aslanovdan, Bakı, Azərbaycan
Zati-aliləri.
Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə kollektivimizin üzvlərinin bir qrupunun fəxri adlara, “Tərəqqi” medalına və Prezidentin fərdi təqaüdünə layiq görülməsi haqqında sərəncamlarınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Sizin yüksək diqqət və qayğınız sayəsində agentliyin işinin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Kollektivimiz qarşısında duran vəzifələrin məsuliyyətini dərindən dərk edərək Sizin müdrik, uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində dünyanın sürətlə inkişaf edən ölkəsinə çevrilən, beynəlxalq aləmdə söz və nüfuz sahibi olan Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada yaymağı Vətən və xalq qarşısında, cənab Prezident, Sizin qarşınızda şərəfli borcu hesab edir.
Ali diqqətinizə məruzə edirəm ki, agentliyimiz üzvü olduğu beynəlxalq media təşkilatlarının saytlarında, eləcə də əməkdaşlıq əlaqələri qurduğu 50 ölkənin 100-dən çox informasiya resursunda düşmənin Tovuz rayonu istiqamətində son hərbi təxribatı barədə xəbərlər yayılmasına nail olub və bu istiqamətdə işimizi davam etdiririk.
Möhtərəm cənab Prezident, sərhəddə ağır döyüşlər getdiyi bir vaxtda vətənpərvər insanlar dövlətimizə, ordumuza və şəxsən Sizə - Ali Baş Komandanımıza öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına axışdı. Bu, xalq-iqtidar birliyini nümayiş etdirən qürurverici mənzərə olaraq qəlbimizi riqqətə gətirdi. Bir qrup təxribatçı bu vətənpərvər addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə cəhd göstərsə də, öz məkrli niyyətinə çata bilmədi. Biz də bir jurnalist və vətəndaş olaraq səsimizi milyonların səsinə qatır, antimilli qüvvələrin bu təxribatını qətiyyətlə pisləyirik.
Sizin rəhbərliyinizlə həyata keçirilən demokratik islahatlar AZƏRTAC-ın dünya informasiya məkanında layiqli yer tutmasında mühüm rol oynamışdır. Hazırda öz kanalları ilə 8 dildə informasiya yayan agentliyimiz 5O-yə yaxın ölkənin milli xəbər agentliyi ilə informasiya mübadiləsi aparır, 3 beynəlxalq, 4 regional media qurumunda fəal təmsil olunur. Bütün bu uğurlar məhz Sizin sayənizdə dünya birliyində sayılıb-seçilən müasir müstəqil Azərbaycan dövlətinə, ölkəmizə beynəlxalq aləmdə artan etibarın göstəricisidir.
Zati-aliləri, Sizi əmin edirik ki, dövlətçiliyimizə, ulu öndərimiz Heydər Əliyev ideallarına sadiq olan kollektivimiz öz missiyasını yüksək səviyyədə yerinə yetirmək, etimadınızı layiqincə doğrultmaq üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək.
Ölkəmizin qüdrətlənməsi, beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi, işğalçı Ermənistanla diplomatiya və informasiya cəbhəsində qələbənin təmin edilməsi istiqamətində Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərə dəstək verməkdə davam edəcəyik.
Möhtərəm cənab Prezident.
Sizə bir daha ən səmimi minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.
Dərin hörmət və ehtiramla,
AZƏRTAC-ın kollektivi adından
Aslan Aslanov
İdarə Heyətinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.
Mir Şahin Ağayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
22 iyul 2020-ci ili yəqin ki, heç vaxt unutmayacağam. Bu gün mənim şəxsi taleyimin, jurnalist ömrümün ən təntənəli və qürurlu günüdür. Sizin məni 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni kimi çox yüksək mükafata layiq bilməyinizin, adi bir jurnalistin peşə fəaliyyətinə misilsiz qiymət verməyinizin məndən ötrü mənası bir media mənsubu kimi xüsusidir. Bu qiyməti mən daha əzmli, daha səmərəli fəaliyyətim üçün stimul kimi qəbul edirəm. Bu qiyməti Sizin mənə etimadınızın, inamınızın üzərimə qoyduğu məsuliyyət nişanı kimi anlayıram. İcazə verin, Sizi əmin edim ki, bundan sonrakı fəaliyyətim, "Real" Təhlil və İnformasiya Mərkəzində çalışan silahdaşlarımla birgə görəcəyim hər bir iş dövlətimizin media qüdrətinin artmasına, ideoloji cəbhənin önündə ləyaqətlə duruş gətirməyimizə həsr ediləcək. Məndən ötrü ən ali məqsəd, cənab Ali Baş Komandan, Sizin etimadınıza layiq olmaq, Vətənə, xalqa və dövlətə ləyaqətlə xidmət etməkdir. Azərbaycan Respublikasına xidmət edirəm.
Hörmətlə,
Mir Şahin Ağayev
Azərbaycan Respublikası, Bakı şəhəri.
Səyyarə Səyyafdan, Bakı, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Milli Mətbuat günü münasibətilə imzaladığınız sərəncamla məni “Tərəqqi” medalı ilə təltif etdiyiniz üçün Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Ümumən mətbuatımıza və şəxsimə göstərdiyiniz etimad mənim məsuliyyətimi daha da artırır. Bundan sonrakı fəaliyyətim boyunca da Azərbaycan muğamı, musiqisi, ədəbiyyatı və incəsənətinin təbliğatçısı olacağam. Vətənim Azərbaycanın mədəni irs nümunələrinin daha da tanınması və mənimsənilməsi üçün çalışacağam.
Çox hörmətli cənab Prezident, mənə göstərdiyiniz bu diqqət və etimada görə Sizə bir daha təşəkkür edirəm. Dövlətimizin inkişafı, onun möhkəmlənməsi, xalqımızın firavanlığı və rifahı naminə yürütdüyünüz bu qətiyyətli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər arzu edirəm.
Hörmətlə,
Səyyarə Səyyaf
Xəzər Televiziyası
Azərbaycan Respublikası, Bakı şəhəri.
Elçin Şıxlinskidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Biz çox mürəkkəb bir zəmanədə yaşayırıq. Yaşadığımız hər bir gün daban - dabana zidd hadisələr, uğur və qələbələr, ürəyimizi dağlayan olaylar və onları əvəzləyən nailiyyətlərlə zəngindir. Bununla belə, bizim ən böyük sərvətimiz - müstəqilliyimiz, Azərbaycanımızın hazırkı və gələcək inkişafı, cəmiyyətimizin bu zəmində çiçəklənməsidir. Sizin bu yöndə gördüyünüz işləri dəyərləndirməmək imkansızdır.
Məmur - vətəndaş münasibətlərindəki dəyişikliklər, ölkəmizin özünümüdafiə və ordumuzun qüdrətinin artması, dünya siyasət meydanında uğurlarımız, rəngarəng və müxtəlif zümrələri təmsil edən Azərbaycan cəmiyyətinin birliyi, pandemiyanın ağır şərtləri altında və yağı düşmənin sərhədlərimizin toxunulmazlığına xələl gətirmək istədiyi bir zamanda xalqımızın ruh yüksəkliyi nümayiş etdirməsi onu göstərir ki, Siz ölkə rəhbəri kimi bütün bu proseslərin qaynağı, ilhamvericisi və yönləndiricisisiniz.
Mənim üçün Sizin tərəfinizdən “Vətənə xidmətə görə” kimi ali bir ordenlə mükafatlandırılmaq böyük şərəfdir. Hər birimiz üçün Vətənə xidmət etmək ən ümdə istəkdir.
Hörmətlə,
Elçin Şıxlinski
Azərbaycan Jurnalistlər Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.-
Oqtay Əliyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Siz ölkəmizə rəhbərlik edən gündən yazılı və elektron mətbuata xüsusi diqqət, böyük qayğı göstərmisiniz. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mətbuatla iş siyasəti Sizin rəhbərliyinizlə ardıcıl və uğurla davam etdirilir. 145 yaşına gəlib çatan milli mətbuatımızın yeni, işıqlı dövrü Sizin ölkəmizə rəhbərlik etdiyiniz illərə təsadüf edir. Xüsusən də biz, televiziya işçiləri bu illər ərzində Sizin birbaşa qayğınızı, diqqətinizi hiss etmişik.
Cənab Prezident, “Azərbaycan Milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamınız və yubileylə bağlı mətbuat işçilərini təltif etməyiniz bizə göstərilən qayğının təcəssümüdür. Televiziya yaradıcılığı sahəsində mənim də əməyimi yüksək qiymətləndirdiyinizə və “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq gördüyünüzə görə Sizə təşəkkür edirəm. 52 illik həyatımda aldığım ən böyük mükafat məni çox sevindirdi. Bu sevinc hissini bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ölkənin siyasi, beynəlxalq, iqtisadi, sosial qayğıları içində vaxt tapıb, mətbuata dəyər verməyiniz Sizin böyüklüyünüzü və əvəzolunmazlığınızı göstərir. Bütün sahələrdə ölkəmizi uğura, zirvəyə doğru aparan bir şəxsiyyət kimi adınızı tarixə yazmısınız. Sizin imzanız ilə fəxri ad almaq xüsusilə qürurvericidir.
Hörmətlə,
Oqtay Əliyev
Azərbaycan Respublikası, Bakı şəhəri.
Vüsal Məmmədovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu gün Sizin fəxri adlarla təltif etdiyiniz jurnalistlərin arasında olmaq mənim üçün böyük şərəf və qürurdur. İnsanın əməyinə, zəhmətinə qiymət verilməsi hər zaman onu fərəhləndirir. Bu qiyməti verən sənin dövlətin və onun başçısı olanda isə həmin fərəhə xoşbəxtlik də qarışır. Qiymət vermək hər şeydən əvvəl, dəyərləndirən tərəfin böyüklüyünü və alicənablığını göstərir. Verdiyiniz fəxri adı məhz bu düşüncə ilə qəbul edirik. Sizin verdiyiniz bu qiyməti mən həm şəxsən özümə, həm də rəhbərlik etdiyim AzVision.az kollektivinə inamın təzahürü, eyni zamanda, bir etimad krediti kimi qəbul edirəm. Biz hər zaman ancaq dövlətimizin maraqlarına uyğun çalışmışıq, bundan sonra da həmin istiqamətdə bilik və bacarığımızı əsirgəməyəcəyik. Bizim dövlətimizə sevgimiz təbii ki, təmənnasızdır, amma bu sevginin həm də qarşılıqlı olduğunu görmək çox gözəldir. Azərbaycana xidmət etmək xoşbəxtlikdir. Çox sağ olun ki, bu xoşbəxtliyi ürəklə yaşamağımıza imkan yaradırsınız. Sizə hədsiz minnətdaram.
Hörmətlə,
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.
Baxış sayı: 529
Bölməyə aid digər xəbərlər

6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi