22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Türkiyəli səfir azərbaycanlılara dəstək üçün Praqadakı aksiyaya qoşuldu - Fotolar
Tarix: 24-07-2020 23:43 | Bölmə: Sosial

                  Türkiyəli səfir azərbaycanlılara dəstək üçün Praqadakı aksiyaya qoşuldu


Xəbər verdiyimiz kimi, Çexiyanın paytaxtı Praqada “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının dəstəyi ilə soydaşlarımızın Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyaları başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, aksiyada Türkiyənin Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Egemen Bağış da aksiyaya qatılıb.
Bağış həmvətənlərimizə dəstək olmaq üçün Praqada Azərbaycan Səfirliyinin önünə gəlib, Azərbaycanın yanında, ermənilərin isə qarşısında olduğunu göstərib.
Egemen Bağış Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədovla əl-ələ verərək türk və azərbaycanlı aksiyaçılara dəstək olublar. Həmyerlilərimiz “Bir millət iki dövlət”, “Türkiyə-Azərbaycan qardaşdır” şüarları səsləndiriblər.
Qeyd edək ki, bir qrup erməni də səfirliyimizin binası yaxınlığına toplaşıb.
Soydaşlarımız səfirliyin binası qarşısında aksiyanı bitirdikdən sonra Praqa şəhərinin mərkəzinə toplaşaraq icazəli dinc aksiyaya davam edəcəklər.







Baxış sayı: 424


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu