Bütün xəbərlər
Əmrah Fəqanoğlunun vəziyyəti ağırlaşıb
Tarix: 22-07-2020 15:58 | Bölmə: Sosial

                   Əmrah Fəqanoğlunun vəziyyəti ağırlaşıb


Koronavirusa yoluxmuş jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağırlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı onun dostları sosial şəbəkədə paylaşıb. 
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov da bildirib ki, hazırda jurnalistin vəziyyəti pisləşib:
“Həkimlər koronavirusdan müalicə aldığı tibb müəssisəsində vəziyyətinin normallaşması üçün əllərindən gələni edirlər. Bu bayram günündə biz jurnalistlər üçün ən böyük hədiyyə Əmrahın durumunun ən yüksək səviyyədə nəzarətə götürülməsi olardı”.
***
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya bildirib ki, jurnalistin müalicəsi hazırda “Yeni Klinika”da davam etdirilir: “Xəstə süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir”.
Qeyd edək ki, əvvəl Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olan Əmrah Fəqanoğlu hazırda İctimai televiziyanın Xəbərlər departamentində işləyir. 


Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər