22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Prezident büdcədən pul ayırdı
Tarix: 22-07-2020 14:15 | Bölmə: Sosial

                    Prezident büdcədən pul ayırdı


Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Əmirvan–Vəndam avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
1. On dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Əmirvan–Vəndam avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 13,1 milyon (on üç milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Baxış sayı: 384


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu