22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bəzi şəxslər 190 manat almaqdan məhrum edilib - RƏSMİ
Tarix: 21-07-2020 00:16 | Bölmə: Sosial
                          

İlk mərhələdə 190 manat birdəfəlik ödəməni kartından çıxarmamış və buna görə də növbəti mərhələdə 190 manat almaqdan məhrum edilmiş şəxslər var. 
Bu barədə iyulun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirilib.
Məsələyə münasibət bildirən prezidentin köməkçisi –Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov qeyd edib ki, 190 manat məbləğində birdəfəlik ödəmə verilmiş müəyyən sayda şəxs bir ay müddətində həmin vəsaitdən istifadə etməyib. 
“Bu pul insanlara birdəfəlik yardım üçün verilib və həmin vəsait kartdan çıxarılmayıbsa, deməli, həmin şəxslərin bu vəsaitə ehtiyacları olmayıb. Əgər insan obyektiv səbəbdən, məsələn, xəstəlikdən o vəsaiti götürə bilməyibsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər”, - o deyib.  



Baxış sayı: 354


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu