22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Evi şəhid ailəsinə verməyini dostlarından eşitmişdim” - Generalın anası
Tarix: 17-07-2020 12:01 | Bölmə: Sosial

                 “Evi şəhid ailəsinə verməyini dostlarından eşitmişdim”

Tovuz istiqamətində gedən döyüşlərlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, Unikal.org-a müsahibə verən ana oğlunun şəhid olmazdan öncə onunla son söhbətləri, eləcə də Prezident İlham Əliyevlə telefon danışığından bəhs edib.
Oğlunun hər zaman vətən dərdi çəkdiyini deyən Səmayə Həşimova bildirib ki, Polad Həşimov əsgərlərinə “uşaqlarım” deyərmiş, işə gedərkən onlar üçün hətta diş məcunu belə alıb aparırmış. 
S. Həşimova əlavə edib ki, oğlunun ona bağışlanan evi şəhid ailəsinə verdiyi haqda xəbərləri dost-tanışdan eşidib. Onun sözlərinə görə, şəhid general etdiyi yaxşılıqlar haqda heç vaxt anasına danışmayıb. 

             



Baxış sayı: 479


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu