Bütün xəbərlər
Böyükşor gölü belə təmizlənir - Fotolar
Tarix: 10-07-2020 00:21 | Bölmə: Sosial

                     Böyükşor gölü belə təmizlənir


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Böyükşor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, verilmiş tapşırığa uyğun olaraq, bu gün Nazirliyin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası Böyükşor gölünə gətirilib. 
Xidmət tərəfindən, ilk növbədə, gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Gün ərzində görülmüş tədbirlər sayəsində 14 ton çirkab maddə yığılaraq ərazidən kənarlaşdırılıb.
Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin, təqribən, 50 faizində işlər yekunlaşdırılıb. İşlərin qısa müddətdə tamamlanması üçün zəruri tədbirlər davam etdirilir.








Baxış sayı: 420


Bölməyə aid digər xəbərlər