Bütün xəbərlər
260 kq yağı nehrə adı ilə satmaq istədi - Foto
Tarix: 08-07-2020 15:01 | Bölmə: Sosial

                  260 kq yağı nehrə adı ilə satmaq istədi

Bərdənin Güloğlular kəndində “Təzə Bazar” ərazisində Lada “VAZ” markalı maşının yük yerindən baytarlıq ekspertizasından keçməmiş, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan ümumi çəkisi 260 kiloqram olan kərə yağı (nehrə yağı) adı altında bitki yağının satışının həyata keçirildiyini aşkarlarlanıb. 
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”ya verilən məlumata görə, reyd zamanı yağın fiziki şəxs Babayeva Gülxatın Əli qızına məxsus olduğu müəyyən edilib.
Məhsuldan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Analizin nəticələrinə görə yağın bitki mənşəli yağ olduğu və mikrobioloji çirklənməyə məruz qaldığı aşkarlanıb.
Qanunvericiliyin tələbləri çərçivəsində ümumi çəkisi 260 kiloqram olan yağ məhv edilib.
 




Baxış sayı: 444


Bölməyə aid digər xəbərlər