22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Millət vəkili koronavirusdan dünyasını dəyişən həkimin ailəsindən YAZDI - FOTO
Tarix: 06-07-2020 23:48 | Bölmə: Sosial
                           

"Koronavirus daha bir səhiyyəçinin canını aldı".
 

Modern.az-ın məlumatına görə, bu barədə deputat Rəşad Mahmudov bildirib.
O qeyd edib ki, deputatı olduğu Astara rayonunun Mərkəzi Xəstəxanasında əvvəllər həkim - cərrah kimi çalışmış Kamil Əliyev eyni xəstəxanada koronavirusla mübarizədə həyatını itirib:
"Xəstələrin ümidi və pənahı olan, pandemiya dövründə yüzlərcə insanın evdə müalicəsini təşkil edən, imkanı olmayanların dərmanını təmin edən Kamil həkim timsalında onlarla həkim və tibb personalı bu mübarizədə təəssüf ki, həyatlarını itirdilər. Unutmayaq ki, bu qəhraman səhiyyəçilərimizin geridə qoyduqları ailələri, övladları bizlər üçün bir əmanətdir. Bu əmanətə sahib çıxmaq isə hər bir vətəndaş cəmiyyətinin mənəvi borcudur.
Kolleqam olmuş Kamil Əliyevin ailəsinə bildirmək istəyirəm ki, geridə əmanət qoyduğu iki övladının dövlətin himayəsi altında şəxsiyyət olaraq formalaşmasının bütün mərhələlərini ən yüksək səviyyədə təşkil etmək üçün millət vəkili olaraq əlimdən gələni edəcəyəm....
Bir daha koronovirusdan həyatını itirmiş bütün insanlara Allahdan rəhmət diləyirəm".
 
               



Baxış sayı: 426


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu