22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Fəaliyyətinə icazə verilən sahələrin işçiləri üçün müraciət qaydaları
Tarix: 06-07-2020 20:07 | Bölmə: Sosial

                 Fəaliyyətinə icazə verilən sahələrin işçiləri üçün müraciət qaydaları


Məlum olduğu kimi, əhali arasında koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması və vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycanda xüsusi karantin rejimi, bir sıra şəhər və rayonlarda isə sərtləşdirilmiş karantin rejimi tətbiq edilir.
İqtisadiyyat Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə vətəndaşların hərəkətinə, habelə ölkə ərazisində iş və xidmət sahələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. Həmin Qərardan irəli gələrək nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
İcazələr Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən, fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla verilir.



Baxış sayı: 478


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu