Bütün xəbərlər
Koronavirusa yoluxan alim xəstəxanaya yerləşdirildi
Tarix: 05-07-2020 17:47 | Bölmə: Sosial

                   Koronavirusa yoluxan alim xəstəxanaya yerləşdirildi


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş əməkdaşı ilə bağlı məlumat yayıb.
AMEA-nın Dilçilik İnstitutunun Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.
"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər", - məlumatda bildirilib.
Qeyd edək ki, İdris Abbasov bir neçə saat öncə sosial şəbəkə hesabında status paylaşaraq təcili tibbi yardım maşınında gözlədiyi halda xəstəxanada yer olmadığını bildirmişdi.
***
Millət vəkili Qənirə Paşayevə şəxsi feysbuk hesabında paylaşım edərək İdris Abbasovun Yeni Klinikaya yerləşdirildiyini bildirib.


Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər