Bütün xəbərlər
“Çox vüqarlar haqqın qarşısında əyilib, yox olub” - Akif Aşırlı
Tarix: 04-07-2020 20:43 | Bölmə: Sosial

                    “Çox vüqarlar haqqın qarşısında əyilib, yox olub”


“Axır ki...Ədalət öz yerini tapdı. KİVDF -nin 10 il haqsızlığına tab gətirən, güc-bəla ilə varlığını qoruyan "Şərq" üzümüzə gələn həftənin əvvəlindən öz gündəlik nəşrini davam etdirəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı sosial şəbəkədə yazıb. O bildirib ki, qəzet uzun illərdir KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlinin haqsızlığı ilə üzləşib:
“Biz keçmişə dönmürük, önə, gələcəyə baxırıq. İlahi ədalətin varlığına da şəkk-şübhə etmədən inanırıq. Çox vüqarlar ədalətin, haqqın qarşısında əyilib, yox olub, onlar üçün həmişə tarix və fakt yox, şəxsi mənfəət olub.
KİVDF-nin yeni rəhbərliyinin təqdim etdiyi müsabiqə şərtlərinə görə, ən yüksək bala layiq görülmüşük. Var olun, doğru-dürüst seçiminizə görə minnətdaram!
Kimin nə deməsindən asılı olmayaraq, klassik qəzetçilik ənənələrini nəinki qorumalı, inkişaf etdirməliyik. Biz buna nail olacağıq, mütləq nail olacağıq!”.
Qeyd edək ki, qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqədə qalib gələn və gündəlik çap olunan qəzetlərə 20 min manat məbləğində maliyyə yardımı ediləcək.


Baxış sayı: 394


Bölməyə aid digər xəbərlər