22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Hansı qəzetlərə nə qədər pul ayrıldı? - Siyahı+Məbləğ
Tarix: 04-07-2020 20:31 | Bölmə: Sosial

                 Hansı qəzetlərə nə qədər pul ayrıldı?


Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilən müsabiqənin nəticələrini elan edib.
“Qafqazinfo”nun KİVDF-nin saytına istinadən məlumatına görə, ümumilikdə 18 qəzetə maliyyə yardımı ayrılıb.
KİVDF-nin elan etdiyi budəfəki müsabiqənin nəticələrinə əsasən, bir sıra dəyişiklər baş verib. Belə ki, yanvar ayından həftədə 3 dəfə nəşr olunan “525-ci qəzet” və “Şərq” qəzetləri artıq öz nəşrlərinə gündəlik olaraq davam edəcəklər. KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin “Mövqe” qezetinə isə maliyyə yardımı tamamilə dayandırılıb. Eyni zamanda Xoşqədəm Hidayətqızının baş redaktoru olduğu “Üç nöqtə” qəzeti müsabiqədən kənarda qalıb. Yunus Oğuzun baş redaktoru olduğu “Olaylar” isə fəaliyyətinə həftəlik qəzet olaraq davam etməli olacaq.
1. “Yeni Azərbaycan” qəzeti ( 20 min manat)
2. “Səs” qəzeti (20 min manat)
3. “Şərq” qəzeti (20 min manat)
4. “525-ci qəzet” (20 min manat)
5. “Yeni Müsavat” qəzeti (20 min manat)
6. “Bakı-Xəbər” qəzeti (20 min manat)
7. “Azernews” qəzeti (10 min manat)
8. “Novoye Vremya” qəzeti (10 min manat)
9. “Xalq Cəbhəsi” qəzeti (10 min manat)
10. “Hürriyyət” qəzeti (10 min manat)
11. “Ədalət” qəzeti (10 min manat)
12. “Azad Azərbaycan” qəzeti (5 min manat)
13. “Türküstan” qəzeti (5 min manat)
14. “Olaylar” qəzeti (5 min manat)
15. “Paralel” qəzeti (5 min manat)
16. “Unikal” qəzeti (5 min manat)
17. “Həftə içi” qəzeti (5 min manat)
18. “Nedelya” qəzeti (5 min manat)
Xatırladaq ki, Prezident İlham Əliyevin bu il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı Direktoru vəzifəsindən azad edilib və onun yerinə Əhməd İsmayılov təyin edilib. 



Baxış sayı: 444


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu