Bütün xəbərlər
Telli Pənahqızı Əmir Pəhləvanı təbrik etdi-Mənziliniz mübarək olsun!
Tarix: 03-07-2020 03:19 | Bölmə: Sosial

Tanınmış telejurnalist Telli Pənahqızı görkəmli yazıçı-dramaturq, rejissor, şair Əmir Pəhləvanı ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən mənzil bağlışlaması münasibətilə ilə təbrik edib. Sabaha-inamla.az Telli Pənahqızının təbrikini oxucuların nəzərinə çatdırır: 

-Dəyərli Əmir müəllim! Siz indi də çox -çox illər əvvəl ömrümüzün tələbə fəslində - çiçək fəslində yaşadığımız qayğısız illərin şirin xatirələri kimi görünürsən. O illərin paklığını, kövrəkliyinı, müqədəsliyini daşıya-daşıya çox enişli-yoxuşlu yollar qət elədin.Bilirəm, yorulmusan...Amma həm də onu da bilirəm ki, sən, qardaşım, bu ömrü şərəflə, mərd-mərdanə yaşadın. Kişi kimi! Heç vaxt heç kəsin qarşısında əyilmədin, Haqqı nahaqqa vermədin, söykənəcəyin Vicdanın, tapındığın Həqiqət oldu. İllər boyu çəkdiyin maddi və mənəvi ağrıları ancaq özünlə bölüşdün , Uca Tanrıya və içindəki İnama güvənərək dim-dik ayaqda qaldın. Özgə məmləkətlərdə əsərlərin çap olundu, yaradıcılığının dəyərini oralarda verən insanlar canından artıq sevdiyin, şanına- şöhrətinə toz qondurmağa qıymadığın doğma Vetənindəki dost qılıqlı bədxahlarını çaşdıranda da yolundan dönmədin. Ömrün yollarda, kağızın qələmin dizinin üstə komfort gözləmədin - yazdın, yaratdın. Evindən, ailəndən nigaran qalsan da Ədalətin təntənəsinə inandın və nəhayət...haqqını qorumağa haqqı çatmayalar səni dana bilmədilər!
Səni GÖRDÜlƏR, dəyər verdilər çox illik zəhmətinə, əziyyətinə, xidmətlərinə. Möhtərəm Prezidentimiz Ilham Əliyev Baklda qol-boyun olmuş yeni tikililərdən birində sənə mənzil bağışladı! Cənab Prezidentə ürəkdən təşəkkür edirəm, hər zaman yaradıcı insanların yanında olduğuna, onlara qayğı göstərdiyinə görə! Sağ olsun, var olsun!
Sənsə, əziz insan, yeni mənzilində ailənlə bərabər xoşbəxt və məsud yaşa! Canın və qanın qədər sevdiyin Azərbaycanın səni sevir. Mənziliniz mübarək olsun!


Baxış sayı: 1 151


Bölməyə aid digər xəbərlər