22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda elmi-praktiki seminar keçirilib
Tarix: 01-07-2020 00:08 | Bölmə: Sosial
AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda görkəmli ərəb dilçisi Əbul-Qasim Əbdur-Rəhman bin İshaq əz-Zəccacinin elmi yaradıcılığına həsr olunan elmi-praktiki seminar keçirilib.
Tədbiri fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov açaraq Əbul-Qasim Əbdur-Rəhman bin İshaq əz-Zəccacinin həyatı, mühiti və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sonra fondun elmi işçisi Kübra Vəliyeva “Görkəmli ərəb dilçisi Əbul-Qasim Əbdur-Rəhman bin İshaq əz-Zəccaci və onun elmi yaradıcıllığı” mövzusunda məruzə ilə çıxış edib. O, dilçi alimin əsərlərində ərəb qrammatikasının bir sıra məsələlərinə aydınlıq gətirib və müəyyən orijinal elmi mülahizələri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, çoxsaylı sualları cavablandırılıb.
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi




Baxış sayı: 530


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu