Bütün xəbərlər
Mais Ağayev və ailəsi koronavirusa yoluxdu
Tarix: 28-06-2020 18:59 | Bölmə: Sosial

               Mais Ağayev və ailəsi koronavirusa yoluxdu


Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev koronavirusa yoluxub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı qurum rəsmisi öz feysbuk hesabında yayıb.
"Bir neçə gün davam edən hərarət, halsızlıq simptomları ilə təcili tibbi yardıma müraciət etdim. Mən, yoldaşım və oğlumun koronavirus testlərinin nəticəsi pozitiv çıxıb. Amma əhvalımız da pozitivdir. Düşünürük ki, virusa qalib gələcəyik" - deyə o, qeyd edib. 


Baxış sayı: 442


Bölməyə aid digər xəbərlər