22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Sumqayıtda tibb işçiləri koronavirusa yoluxdu
Tarix: 27-06-2020 14:07 | Bölmə: Sosial
               

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının tibbi heyəti arasında koronavirusa yoluxma halları aşkar edilib.
HİT.Az xəbər verir ki, bu barədə Azvision.az -a açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.
Onun sözlərinə görə, xəstəxananın 8 tibb işçisində COVID-19 testi pozitiv çıxıb: “Bunların arasında həkim, tibb bacıları və şöbə müdiri də var. Reanimasiya şöbəsinin müdiri Sərvan Hacıyev Bakıda müalicə alır. Onun vəziyyəti normaldır, boğulma olanda hərdən oksigen verilir. Hazırda xəstəxanada bütün tibbi heyət testdən keçirilir”.
R.Sadıxov qeyd edib ki, təcili yardım xəstəxanası olduğu üçün bura xəsarət alaraq gələn xəstələrin virusa yoluxub-yoluxmadığı bilinmir.
“Həkimlərimiz həmin xəstələrə yardım göstərir. Elə xəstələr var ki, onlarda travmalardan başqa yoluxma da olur və həkimlərə keçir. Yoluxma belə xəstələrdən və ya başqa vasitə ilə də keçə bilər. Hər kəs evə, marketə gedib-gəlir. Bunu müəyyən etmək çətindir”.



Baxış sayı: 398


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu