22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bu halda icazələr ləğv ediləcək
Tarix: 25-06-2020 23:10 | Bölmə: Sosial

                 Bu halda icazələr ləğv ediləcək


Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş  sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. 
"ASAN Xidmət"dən "Qafqazinfo"ya verilən məlumata görə, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.
"Fəaliyyətinə icazə verilən təşkilatlara əməkdaşlarının icazələrini  icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik.  Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa avtomatik olaraq ləğv ediləcəkdir", - deyə məlumatda qeyd olunur.



Baxış sayı: 422


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu