22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Referans Klinik Laboratoriya mərkəzində covid-19 testlərinin götürülməsi dayandırılmayıb, sadəcə məhdudlaşdırılıb
Tarix: 23-06-2020 23:14 | Bölmə: Sosial

                  



Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikası koronavirus testinin götürülməsinin dayandırılmasına münasibət bildirib.
Sabaha-inamla.az-ın məlumatına görə İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rübabə Sahib "Qafqazinfo"ya açıqlamasında bildirib ki,
Referans Klinik Laboratoriya mərkəzində covid-19 testlərinin götürülməsi dayandırılmayıb, sadəcə məhdudlaşdırılıb. Referans Klinik Laboratoriya Mərkəzi olaraq ölkəmizdə qlobal pandemiya elan edilən ilk gündən etibarən Operativ Qərargahın nəzarəti altında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən COVID-19 testinin aparılması üzrə gücləndirilmiş iş rejimində çalışır: COVID-19 testinin aparılması üçün akkreditə olunmuş laboratoriya mərkəzi olaraq gün ərzində TƏBİB tərəfindən 1000-ə yaxın nümunə qəbul edirik. Eyni zamanda həm dövlət müəssisələri tərəfindən göndərilən test nümunələrinin yoxlanılması, həm korporativ şirkətlər tərəfindən müraciətlər əsasında filiallar daxilində və yerlərdə nümunələrin alınması, həm də AZAL tərəfindən göndərilən vətəndaşlardan uçuşdan öncə nəticəyə uyğun tibbi arayışların verilməsi məqsədilə götürülən biomaterialın yoxlanılması və nəticələrin TƏBİB-ə düzgün və zamanında ötürülməsinə dəstək göstəririk. Məlumat üçün bildiririk ki, hazırda vətəndaşların kütləvi müraciətlərinin kəskin artması ilə əlaqədar olaraq sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq məqsədilə vətəndaşlardan COVİD-19 testinin götürülməsi müvəqqəti məhdudlaşdırılıb. Ancaq təcili və təxirəsalınmaz bir vəziyyət olarsa, yerində laborator müayinə xidməti göstərilir.
Qeyd edək ki, TƏBİB –in protokollarına uyğun olaraq Mərkəzimizdə aparılan bütün test nəticələri vətəndaşa təqdim olunmadan öncə birbaşa TƏBİB-in pasiyent məlumatları bazasına yönləndirilir. Əgər nəticə pozitivdirsə, TƏBİB tərəfindən həmin vətəndaşla bağlı müvafiq prosedurlar həyata keçirilir. Belə ki, onun yaxın 7-14 gün ərzində təmasda olduğu şəxslər müəyyənləşdirilir, pasiyent müalicə üçün xüsusi ayrılmış tibb müəssisəsinə yönləndirilir və s. lazımi işlər görülür.


















Baxış sayı: 435


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu