22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Nazir şöbə müdirinə və 5 direktora töhmət verdi
Tarix: 13-06-2020 10:21 | Bölmə: Sosial

                  Nazir şöbə müdirinə və 5 direktora töhmət verdi


Tərtər rayonu ərazisində yerləşən bir neçə ümumi təhsil müəssisəsinin inzibati binalarının, həyətyanı sahələrinin, sinif otaqlarının təyinatı üzrə istifadə edilmədiyi barədə  daxil olmuş məlumatlarla əlaqədar Təhsil Nazirliyi tərəfindən yerində yoxlama aparılıb.
"Qafqazinfo" xəbər verir ki, araşdırma zamanı rayonun Azadqaraqoyunlu, Əskipara, Hacıqərvənd, Qapanlı və Bəyimsarov kənd məktəblərində qeyd olunan nöqsanlar öz təsdiqini tapıb. 
Qeyd olunanları nəzərə alaraq, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhərrəmova və müvafiq məktəblərin rəhbərlərinə töhmət verilib, qeyd olunan halların qarşısının alınması məqsədilə aidiyyəti üzrə digər ümumi təhsil müəssisələrində də maarifləndirmə işinin aparılması tapşırılıb.



Baxış sayı: 426


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu